Yanvar-martda 646 yol-nəqliyyat hadisələri olub, 258 nəfər həlak olub, 691 nəfər yaralanıb
Azərbaycanda aprelin 1-ə qədər bədbəxt hadisə və texnogen qəza nəticəsində 49 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, buraya yol-nəqliyyat hadisələri (yanvar-martda 646 yol-nəqliyyat hadisələri olub, 258 nəfər həlak olub, 691 nəfər yaralanıb) daxil deyil. FHN-in məlumatına görə, 2013-cü ilin I rübündə 1505 təbii və texnogen xarakterli (ötən ilin eyni dövrü ilə müqayisədə -10%) hadisə olub. 26 nəfər ölüb, 37 nəfər xəsarət alıb, 3 nəfər xilas edilib, 31 nəfər təxliyə olunub. Yanğından 21 vətəndaş ölüb, 23 nəfər yanıq xəsarəti alıb. Yanğın xidmətinə 1439 çağırış olub. Partlayışlar artıb (12 və ya ötən illə müqayisədə +5). Nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Sorğu
Yeni dizaynımız necədir?