Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Virtualaz.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda“İctimai Televiziya və Radio Yayımları Şirkəti” və ““Space” Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə ““Space” Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?