Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktor-auditorunun qanunsuz hərəkətlərə yol verməsinə dair material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı təşkilatın direktor-auditoru Natiq Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?