Akmolinsk qarnizonunun hərbi məhkəməsi Qazaxıstanın müdafiə nazirinin müavini general-mayor Baqdat Maykeyevin həbs olunması haqda qərar çıxarıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir.
Maykeyev fevralın 20-nə kimi təcridxanada saxlanılacaq. Nazir müavini fevralın 11-də xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı evində həbs olunub. KTK telekanalının məlumatına görə, Maykeyevdən 2 milyon dollara yaxın (digər məlumata görə söhbət 1,75 milyon dollardan gedir) pul götürülüb.
Əməliyyatçıların rəyinə görə, bu pulları o, müdafiə sənayesi üzrə keçirilən tenderdə iştirak edən biznesmenlərdən birindən alıb. Maykeyev 2011-ci ilin sentyabr ayına müdafiə naziri təyin olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?