Almaniyada keçən həftə səhhətində problemlərin olduğunu əsas gətirərək istefa verdiyini açıqlayan, İctimai Demokrat Partiyasından (SPD ) millət vəkili Sebastian Edathy haqqında istintaq başlayıb. Keçmiş millər vəkili uşaq pornoqrafiyasında ittiham edilir.
Səhər saatlarda 44 yaşındakı millət vəkili Sebastian Edathyin Nienburq şəhəri yaxınlığındakı Rehburq qəsəbəsindəki evində və bürosunda polis tərəfindən axtarış aparılıb.
Axtarış aparan komissiyaya aralarında 8 türkün olduğu, ümumilkdə 10 nəfərin öldürüldüyü cinayətləri araşdıran komissiyanın başçısı rəhbərlik edib. Polsi dəlil sayıla biləcək bütün əşyaları götürüb.
İctimai Demokrat Partiyasından millət vəkili Kristine Lambreq partiya rəhbərliyinin istintaq haqqında məlumatlandırıldığını bildirərək, uşaq pornoqrafiyası ittihamlarını təsdiqləyib.
Sebastian Edathy isə uşaq pornoqrafiyası ilə bağlı iddiaları rədd edib. “İddiaları əsassızdır. Yalnız təxminlərə əsaslanır "- deyə, o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?