Rumıniyada iqtidardakı koalisiyanın mühafizəkar millət vəkili George Koman həbs olunub. 19 dekabrda dövlət idarəsinə bir nəfəri işə düzəltmək üçün 700 avro rüşvət alarkən görüntülənib. Bundan sonra 27 dekabrda millət vəkilinin məclisdəki taleyi ilə bağlı səsvermə keçirilib. Millət vəkilinin toxunulmazlığı 190 səsə qarşı 34 səslə qüvvədə qalıb.
Eyni gün məhkəməyə gətirilən millət vəkili şərti azadlığa buraxılıb. Ancaq Korrupsiyaya qarşı Mübarizə İdarəsi qərara etiraz edərək, millət vəkilini avtomobilində saxlayaraq həbsxanaya aparıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?