GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ənvər Seyidəliyevlər Ağsu rayonun talan etməkdə davam edir

Ənvər Seyidəliyevlər Ağsu rayonun talan etməkdə davam edir

Tarix: 14-02-2014, 12:52 Bölmə :Ölkə Baxış: 1 047
Ənvər Seyidəliyevlər Ağsu rayonun talan etməkdə davam edir
Ağsu rayonundan daxil olan məlumata görə, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev rayonda apardığı abadlıq, cari təmir, tikinti işlərində külli miqdarda dövlət vəsaitini talayıb. Məsələ ilə bağlı redaksiyamıza bilgi verən mənbənin bidirdiyinə görə, 2013-cü ildə Ağsu rayonuna abadlıq, cari təmir işləri üçün 1,5 milyon manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlərin bir hissəsi Ağsu şəhər icra nümayəndəliyinin xətti ilə icra başçısına məxsus olan şirkətlərə köçürülüb. Belə ki, Ağsu şəhərində H.Əliyev parkında, Ağsu Seyrangahında, Qəhramanlıq parkında və S.Vurğun, Vidadi, M.Ə. Rəsulzadə, Nizami küçələrində küçə, hasarların, piyada səkilərin cari təmiri üçün “Elşən-2” MMC-yə 300 min manatdan çox vəsait ayrılıb. Adı çəkilən şirkətin isə icra başçısı Ənvər Seyidəliyevin yaxın qohumuna məxsus olduğu bildirilir.
Məlumatda bildirilir ki, “Elşən-2” MMC-nin həyata keçirdiyi cari təmir işləri isə kosmetik işlər olub, sadəcə səkilərdə xarab olmuş üzlüklər yenisi ilə əvəzlənib, eyni zamanda qeyd etdiyimiz küçələrin hasarları boyalanıb, H.Əliyev və Qəhrəmanlıq parklarında, o cümlədən Ağsu Seyrangahında bəzi yerdəyişmələr həyata keçirilib. Həmçinin Nazirlər Kabineti tərəfindən ayrılan bu vəsaitdən başqa, rayonun daxili büdcəsindən də həmin ərazilərin təkrar cari təmiri üçün külli miqdarda vəsait ayrılıb. Ənvər Seyidəliyev isə vəzifə səlahiyyətlərindən istifadə edərək il boyu dövlətin yüzminlərlə manat vəsaitlərini təkrar cari təmirlər adı altında mənimsəyib.
Daxil olan məlumatda qeyd olunur ki, icra başçısının vəsait silmə qurumlarından biri də Mənzil İstismar İdarəsi və “Yaşıllaşdırma və Abadlaşdırma” MMC olub. Bildirilir ki, Ağsu rayonunda mənzil fondunun balansında olan binaların əsaslı təmiri üçün ayrılan 110 min manat vəsaitdən başqa, rayon maliyyə idarəsindən də həmin binaların təkrarən cari təmir edilməsi üçün nə az, nə çox 100 min manat əlavə pul ayrılıb. Cari təmir üçün ayrılan əlavə vəsait isə bəzi binaların sökük yerlərini təmir etməklə silinib.
Məlumatda göstərilir ki, rayon mərkəzində yaşıllaşdırma işləri ilə məşğul olan “Abadlaşdırma və Yaşıllaşdırma” MMC-nin hesabına rayon maliyyə idarəsindən son iki ildə 200 min manatdan çox vəsait ayrılıb. Rayonun daxili büdcəsindən “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-yə ayrılan vəsaitlər icra başçısı Ənvər Seyidəliyevin cibinə axır. İcra başçısı “Yaşıllaşdırma və Abadlaşdırma” MMC-nin adı altında silinən vəsaitlərin yerini doldurmaq üçün isə MMC-nin görəcəyi işləri rayonda fəaliyyət göstərən büdcə təşkilatlarının müdirlərinin arasında bölərək onların boynuna "yükləyib".
Qeyd olunur ki, Ağsuda Ənvər Seyidəliyevin kiçik məmurları "yükləmək" məsələsi artıq rayon camaatı arasındada bir neçə lətifənin yaranmasına səbəb olub.
Ağsu rayon Maliyyə idarəsinin müdiri Vaqif Hüseynov icra başçısı Ənvər Seyidəliyevin yaxın qohumudur. Daha əvvələr isə Ağsu rayonunda Maliyyə şöbəsinin müdiri icra başçısı Ənvər Seyidəliyevin bacısı oğlu, həmçinin Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun qardaşı olub. Hazırda nazirin qardaşı İsmayıllı rayonunun maliyyəsini idarə edir. Ümumiyyətlə isə Səlim Müslümovun və Ənvər Seyidəlyevin qohumları rayondakı bütün vəzifələri tutublar. Rayonun bütün vəzifəli şəxsləri Ənvər Seyidəliyevin və Səlim Müslümovun qohumlarıdı. İndi isə yeni prosses İsmayıllı rayonunda gedir. Seyidəliyevlər və Müslümovlar İsmayıllı rayonunu da "işğal"a alırlar. İsmayıllının üsyandan sonrakı yeni icra başçısı Mirdaməd Sadıqov isə Ənvər Seyidəliyevin uzaq qohumudur.
Məlumatda bildirilir ki, hamısı və bacısı oğlu Səlim Müslümov nazir olduqdan sonra Ənvər Seyidəliyevin ayaqları gözlərinin altını görmür. Bir müddət əvvəl kürsüsü laxlayan Ənvər Seyidəliyev indi özünü çox arxayın aparır. Hətta vətəndaşları belə qəbul etmir və vaxtının böyük hissəsini əyləncələrə sərf edir.
Məlumatda xüsusi olaraq vurğulanır ki, hazırda Ağsu rayonu büsbütün icra başçısına məxsusdur. Rayonda bütün iri ticarət obyektləri Ənvər Seyidəliyev tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə qohumları olan müavinləri və köməkçilərinin adından yararlanır. Rayonda hazırda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib. Rayon ərazisində daxili və kəndarası yollar isə bərbad haldadır.
Bir neçə ay əvvəl istifadəyə verilən, tikintisinə 19 milyon manat ayrılan 29 kilomterlik Ağsu-Çaparlı-Padarçöl avtomobil yolu 10 yerdən çöküb. Yolun tikintisi gedən vaxt yol bir neçə yerdən erroziyaya uğrasa da, icra başçısı bu yolun çökməsini ictimailəşməyə qoymadı və təzə yola yamaq vurdurub. Amma buna baxmayaraq, yol yenidən çöküb.
Məlumatda göstərilir ki, icra başçısının qazanc yerlərindən biridə rayon büdcə təşkilatlarından hər ay külli miqadarda "haqq" yığmasıdır. İcra başçsının idarə müdirlərindən aylıq hesab aldığı üçün Ağsu rayonunda büdcə rəşkilatları əməlli başlı korrupsiya bataqlığında boğulduğu bildirilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

İLKİN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44

  • 
  • İcra başçısının sirli «Uğan» MMC şirkəti və mənimsənilən yüz minlər - KORRUPSİYA

    İcra başçısının sirli «Uğan» MMC şirkəti və ...

    24-01-2014, 15:33

  • 
  • Ağsu aşırımı bağlanır

    Ağsu aşırımı bağlanır ...

    22-05-2016, 11:47

  • 
  • Səlim Müslümovun rayonundan üsyan anonsu

    Səlim Müslümovun rayonundan üsyan anonsu ...

    23-01-2013, 10:11

  • 
  • Ağsunun İcra başçısna qarşı şok iddialar

    Ağsunun İcra başçısna qarşı şok iddialar ...

    26-08-2013, 11:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu