GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ƏRDOĞAN, QURBANQULU VƏ RƏQSANƏ...

ƏRDOĞAN, QURBANQULU VƏ RƏQSANƏ...

Tarix: 14-02-2014, 15:03 Bölmə :Ölkə Baxış: 1 394
ƏRDOĞAN, QURBANQULU VƏ RƏQSANƏ...
BU “ÜÇLÜYƏ” İNANIMMI?

Hər bir xalqın musiqisi mədəniyyətinin tərkib hissəsi kimi onu dünyada tanıdan vizit kartıdır. Azərbaycan xalqının min illərin süzgəcindən keçmiş zəngin musiqi xəzinəsi vardır və dəyərli sənətkarların ifasında hər zaman öz layiqli qiymətini almışdır. Musiqimiz Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarova, Alim Qasımov kimi dünya şöhrətli müğənnilərin möhtəşəm ifasıyla dünyanın böyük səhnələrində səslənmiş, öz təsdiqini tapmışdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, milli musiqimizin nə qədər böyük qüvvəyə sahib olduğunu görəsən. Ötən əsrin səksəninci illərində Amerika alimləri yerdənkənar sivlizasiyalara yer kürəsi barədə məlumatlar ötürən səs dalğaları göndərmişdilər. Burada yeni doğulan körpənin, küləyin, axAr suyun səsi ilə yanaşı Alim Qasımovun ifası da göndərilmişdi. Əsl Azərbaycan musiqisinin gücü və qüdrəti budur.
Lakin təəsüflər olsun ki, bu gün musiqi sənətimiz toyxana xanəndələrinin, şou-biznes “ulduzcuqlarının” əlində acınacaqlı durumdadır. Ekran-efir məkanını zəbt edən, sənətdən başqa hər şeyi olan manıs tayfası bu gün bütün milli dəyərlərimizi, əxlaq normalarını ayaq altına ataraq ucuz şan-şöhrət naminə, gündəmdə qalmaq xatirinə min-bir oyundan çıxmaqdadır. İctimai qınağın zəifliyi ucbatından son zamanlar bəzi “ulduzcuqlar” artıq əndazədən çıxaraq efirdən millətə əxlaq dərsi keçmək istəyinə düşüblər. Daha çox gənclərin əxlaqının korlanmasına xidmət edən proqramlarda ucuz şoular yaratmaq xatirinə qarşıdurmalar yaradılır, söyüş-təhqir baş alıb gedir.
Əyləncə saytlarının, sosial şəbəkələrin qalmaqallı “ulduzu” olan Rəqsanə öz “qəhrəmanlıqları” ilə hər zaman diqqət mərkəzində qalmağı bacarıb. Sənətindən daha çox eşq macəraları, çılpaq şəkilləri, kriminal əməlləri ilə gündəmdən düşməyən Rəqsanə artıq deyəsən siyasət meydanına da qədəm qoymağı hədəfləmişdir. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun “İnanımmı” mahnısını oxumasından sonra Rəqsanə artıq rəsmən özünü ulduz elan etməkdən belə çəkinməyir. Demokratiyaya münasibəti Rəqsanənin əsl sənətə münasibətindən fərqlənməyən Berdimuhəmmədovun bu mahnını oxuması qəbahət deyil. Amma Rəqsanənin Azərbaycan musiqisində mənəm-mənəmlik iddiası sənətə hörməti olan, bu sahədə öz sözünü demiş insanlara ağır gəlir. Mətbuat orqanlarında buna münasibət açıqlayan müğənni Əli Mirəliyev tam haqlı olaraq bildirir ki,” İnanımmı adlı o musiqi Azərbaycan musiqisi deyil, kiçik xalqların musiqisidir. Sözləri Azərbaycan sözləri ola bilər, melodiyası türkmən melodiyasıdır. Ona görə də Türkmənistan prezidentinə bu mahnını oxumaq asandır. ”Marallar”, “Ay canı yanmışlar”, “İnanımmılar” Azərbaycan musiqisini məhv elədilər.” Bu əslində olaya peşəkar, illərlə bu sahədə can qoymuş bir əsl musiqiçi yanaşması idi. Lakin, təbii ki, bu Qurbanqulunun ifasından vəcdə gələrək mahnısının Ərdoğan tərəfindən də ifasını arzulayan Rəqsanəni və ona “pərəstişkarlıq” edənləri qane edə bilməzdi.Yəni doğrudanmı milli musiqimiz “İnanımmı” səviyyəsinə düşüb və biz bu qədər cılızlaşmışıq?
Rəqsanənin “böyük siyasətə” gedən yolu heç də hamar olmamışdır. Belə ki, bir müddət əvvəl vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinərək Cinayət Məcəlləsinin 178(dələduzluq) maddəsiylə istintaqa cəlb olunmuşdu. ”2013-cü ildə başlanmış prosesdə Rəqsanə beş epizod üzrə təqsirləndirilirdi. Onun ölkəmizin elm və təhsilinə göstərdiyi “böyük qayğını” da unutmaq olmaz. O,TQDK-nın “xoş məramlı səfiri” kimi vətəndaşlardan pul alaraq onları ali məktəblərə qəbul etdirəcəyini də vəd etmiş. Beləliklə, öz cinayət dosyelərini daha da zənginləşdirmişdi. Müğənninin ailə üzvləri də onun “xalqa xidmətlərində” az əmək sərf etməyiblər. 2007- ci ildə onun bacısı qadın alverində günahkarlandırılaraq həbs olunmuşdu. Müxtəlif banklarla, iş adamları ilə olan borc qalmaqalları isə Rəqsanənin gündəlik həyat tərzidir. Göründüyü kimi, onun Azərbaycan musiqisinin ulduzu, divası, primadonnası olmaq üçün kifayət qədər əsası vardır. Belə məqamlarda sənət onuncu, bəlkə də mininci plana keçir.
Əli Mirəliyev kimi sənətkarlar musiqi sənətində öz sözlərini demiş sənətçilərdir. İndi dövran rəqsanələrindir. Əli müəllim deyir ki, “Azərbaycan musiqisi Üzeyir Hacıbəyovla başlayıb və bitib. Rəqsanə oxuya bilirsə “Şəbu-hicran”oxusun görək oxuya bilirmi? Türkmənistan prezidentinə də yazığım gəlir. Gör nəyi oxuyub”.
Əli müəllim, Allah eləməmiş Rəqsanə “Şəbi-hicran”ı oxuyub eləsə, dünya siyasi səhnəsində partlayış olar. Onda da bu mahnını yəqin ki, Obama oxuyar...

N.MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alim Qasımovun səsi batıb

    Alim Qasımovun səsi batıb ...

    1-12-2014, 11:55

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Bu gün SSRİ və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür.

    Bu gün SSRİ və Azərbaycanın xalq artisti, dünya ...

    28-12-2014, 13:28

  • 
  • Zeynəb Xanlarova Rəqsanəni rüsvay etdi - "Bu, nə geri zəkalıqdır?"

    Zeynəb Xanlarova Rəqsanəni rüsvay etdi - ...

    23-06-2015, 13:01

  • 
  • İlham Əliyev xalq artisti İlhamə Quliyevanın vəfatı ilə bağlı nekroloq imzalayıb

    İlham Əliyev xalq artisti İlhamə Quliyevanın ...

    26-02-2016, 12:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (374)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu