Lider TV-də ciddi dəyişikliklər aparılıb. Aparılan islahatlar nəticəsində telekanalda yayımlanan şou verilişləri ləğv olunub və onların yaradıcı heyəti işdən azad edilib.
Belə ki, rəhbərliyin qərarına əsasən, telekanalda yayımlanan "Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bənyədim" kimi şou xarakterli verilişlər ləğv edilib.
Məlumatda bildirilir ki, telekanal rəhbərliyi buna səbəb kimi yeni strateji xəttə uyğun olaraq daha çox xəbər kanalı kimi fəaliyyət göstərməsini əsas gətirib. Ona görə də şou verilişlərini minimuma endirmək haqda qərar qəbul edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?