“Space” TV-də bu dəfə operatorlar qiyam qaldırdı; telekanal idarəolunmaz hala gəlib “Space” televiziyası ətrafında gedən söz-söhbət gündən-günə artır, telekanalda vəziyyət gərgin olaraq qalır. Bu barədə adının açıqlanmasını istəməyən bir telekanal işçisi xəbər verib. Onun sözlərinə görə, telekanal rəhbərliyi işçilərin iştirakı ilə yeni süjet hazırlayır və süjetdə bütün işçilər öz işindən razılıq etməyə məcbur edilirlər. Şikayətçi eyni zamanda adıçəkilən telekanalda əməkhaqqınn çox aşağı olmasını və hamının öz maaşından narazı olduğunu deyib: “Amma işimizdən razı olmağımızı təsdiq etmək üçün iş zamanı süjet hazırlayırlar ki, iş gedir və hər şey superdir. Əslində isə maddi-texniki baza çox zəifdir. Kompüterlərin əksəriyyəti iş üçün yararsızdır və demək olar ki, qırıq-qırıqdır. Buradakı işçilərin heç biri normal şəraitdə işləmir. Süjetin çəkilməyinə əsas səbəb isə gözdən pərdə asmaqdır”. Xatırladaq ki, bu, “Space”lə bağlı yayılmış ilk belə xəbər deyil. Ötən ayın sonunda da “telekanalda kütləvi istefalar” başlıqlı xəbərlər yayılmışdı. Xəbərdə 20 işçinin istefa ərizəsi ilə rəhbərliyə müraciət etməsi qeyd edilmişdi. Onların əsas tələbi kimi isə əməkhaqqının artırılması göstərilirdi. Amma “Space” rəhbərliyi bu məlumatların hamısını təkzib etmişdi. Son günlər “Space” TV ilə əlaqədar ən çox müzakirə olunan məsələ isə kanalda yayımlanan “Hər səhər” proqramının aparıcısı Əkbər Əlizadənin işdən çıxarılması xəbəridir. Bir neçə gün bundan əvvəl əməkdar artistin canlı yayımda tamaşaçıları ilə vidalaşaraq “bu veriliş mənim təqdimatımda sonuncu dəfə təqdim olundu" deməsi də birmənalı qarşılanmayıb. Onun “Space” rəhbərliyi ilə düşən mübahisədən sonra işdən qovulduğu iddia edilir. Əkbər Əlizadə özü isə mətbuata açıqlamasında işdən ayrılma səbəbini belə şərh edib: “Kanalın "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova mədəniyyət və incəsənətdən bixəbər olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. 5 iyul cümə günü canlı veriliş zamanı onunla sərt və kəskin mübahisəmiz düşdü. Mübahisəmizdən sonra verilişin sonunda heç kimə heç nə demədən tamaşaçılarla sağollaşdım. Efirdən uzaqlaşmağıma özüm qərar vermişəm. Bu, mənim addımım idi. “Space” TV-nin rəhbəri Vaqif Mustafayevdən və telekanaldan incikliyim yoxdur”. Onu da qeyd edək ki, “Space”dəki növbəti istefa xəbəri dünən yayılıb. Telekanalın baş operatoru Əlövsət Aslanlı və müavini Elçin adlı şəxs də işdən çıxıblar. Qafqazinfonun yaydığı məlumatda bir neçə digər operatorun da istefa ərizəsi yazdığı bildirilir. Kanal rəhbərliyi isə bu barədə hələ də susur. Baş verənlər haqda bizə məlumat verən mənbə iddia edir ki, bir neçə gün əvvəl istefa verən, lakin sonradan Vaqif Mustafayevlə danışıqlardan sonra qərarından geri dönən telekanalın baş operatoru Əlövsət Aslanlı bu dəfə Vaqif Mustafayevin əmri ilə işdən qovulub: “Bu qərara etiraz olaraq digər operatorlar da istefa ərizəsi yazırlar. Xatırladaq ki, keçən dəfə də anoloji hadisə baş vermişdi və bildirilir ki, baş operator kanalın digər əməkdaşı Kəmalə Xəlilova ilə yaranmış konflikt səbəbindən bu qərarı vermişdi.Son anda alqığımız məlumata görə işdən çıxarılmış operatorun yerinə Ramin adlı şəxs işə götürülüb.Bundan başqa telekanalın büfütindən işləyən xanımda işdən azad edilib.Bizi izləyin
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?