Kürdəmirin başçısının oğlu əmlakını keçmiş xanımı ilə bölə bilmir
Son günlər ölkə mətbuatında, sosial şəbəkələrdə bəzi məmur övladlarının dəyəri 100 min dollarla ölçülən avtomobillərinin “sərgisi” nümayiş etdirilir. Bu məsələ cəmiyyət arasında birmənalı qarşılanmır. Belə ki, cəmiyyət üzvlərini bu ərköyün balaların hansı pulla bu avtomobillərə sahib olması sualı düşündürür. Doğrudan da haqlı sualdır: Bu ərköyün balaların məmur ataları hər ay dövlətdən konkret olaraq 1000 manat civarında maaş alırsa, bəs bu bahalı maşınlar hansı pulla alınıb? Əlbəttə, bizim hansı məmurunsa pullarını saymaq fikrimiz yoxdur. Ancaq əgər bu pullar xalqın cibindən oğurlanıbsa, nəinki saymaq, hətta bu əməllərə görə həmin məmurları istintaqa cəlb eləmək lazımdır. Məmur balalarının “bahalı avtomobil yarışı” ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Belə ki, Kürdəmirin icra başçısı, sabiq kənd təsərrüfatı naziri İrşad Əliyevin oğlu Vüqar Əliyevlə keçmiş həyat yoldaşı Məmmədova Nigar Azad qızının arasında əmlak bölgüsü ilə bağlı məhəkəmə qətnaməsi əlimizdədir. Qətnamədən keçmiş nazir oğluna məxsus “avtopark”ı təqdim edirik: 1. RENAULT RVİ (F) -30 min manat, 2. Mercedes-Benz - 13 min manat, 3. Grand Cherokee - 11 min manat, 4. TOFAŞ-Doğan - 5. KMA MVV-18L - 25 min manat, 6. Oplegger - 9 min manat, 7. Goddeeris - 10 min manat, ..................................................... Siyahını burada saxlayıb bəzi suallar qoymaq istəyirik. Birincisi, məhkəmə qətnaməsində göstərilən qiymətlər nə qədər real qiymətlərə uyğundur? İkincisi, qətnamədə göstərilən siyahı icra başçısının oğlunun əmlakının hələ bir hissəsidirsə, bu boyda əmlak hansı pulla əldə olunub? Üçüncüsü, keçmiş nazirin oğlu nə üçün məhkəmə qətnaməsinin icra olunmasına imkan vermir? Suallar çoxdur. Bu barədə növbəti yazıda tanış ola bilərsiniz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?