Türkiyə Silahlı Qüvvələri Suriya torpaqlarına girmək üçün gizli hazırlıqlar aparır.
Bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov jurnalistlərə açıqlamasında deyib.
“Bununla bağlı əlimizdə ciddi faktlar var. Türkiyə Silahlı Qüvvələri Suriya torpaqlarında əməliyyatlar keçirmək üçün gizli hazırlıqlar aparır”, - Konaşenkov vurğulayıb.
Bundan əlavə, o bildirib ki, son əməliyyatlar nəticəsində Hələbin terrorçuların əlində olan Nubul və Əl Zəhra qəsəbələri geri alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?