GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əli Həsənovun yeni maxnasiyaları

Əli Həsənovun yeni maxnasiyaları

Tarix: 1-01-2013, 14:57 Bölmə :Ölkə Baxış: 1 309
Əli Həsənovun yeni maxnasiyaları

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dövlət güzəştlərin gəlir mənbəyinə çevirib

Rəsmi məlumatlara görə, hazırda paytaxt Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır ki, onların da böyük əksəriyyəti tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar. Üzülərək qeyd etməliyik ki, hər il payız-qış fəslində həmin ailələrin problemlərinin üstünə yeniləri əlavə olunur. Belə ki, tələbə şəhərciklərində və yataqxanalarda məskunlaşmış məcburi köçkünlər soyuq aylarda qaz və elektrik enerjisi, eləcə də su sarıdan əziyyət çəkirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu tip problemlərin yoluna qoyulduğunu bəyan etsə də, real mənzərə tamam başqa mətləblərdən xəbər verir. Belə ki, bu təbəqədən olan insanların rastlaşdıqları problemlər ildən-ilə aradan qalxmaq əvəzinə, sanki kimlərsə tərəfindən məqsədli şəkildə artırılır.
Apardığımız kiçik araşdırma zamanı məlum olub ki, məcburi köçkünlər üçün yay aylarında adambaşına 35 kvts, qış aylarında isə 45 kvts elektrik enerjisi verilir. Mavi yanacağa görə hər bir məcburi köçkün üçün müəyyənləşdirilən limit isə 35 kubmetrdir. Qaz verilməyən rayonlarda isə dövlət tərəfindən hər bir məcburi köçkünə 40 litr yanacaq verilir. Düzdür, bütün bunlar müvafiq sənədlər üzərində qeyd olunsa da, ortada əmma yaradan bir məsələ var ki, bu da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunan arayışlarla bağlıdır. Bununla bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, bu gün məcburi köçkünlərə yaşayış yerindən arayışı təmənnasız deyil, müəyyən məbləğ qarşılığında verirlər. Bu cür hallar isə tələbə şəhərciklərilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında arayış probleminin yaranmasına səbəb olur. Belə ki, bu sahədə aidiyyəti qurumlar tərəfindən müvafiq yoxlamalar aparılmadığından ayrı-ayrı şəxslər yataqxanalardan tələbə adına olan otaqlardan arayış alır və həmin sənədləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edirlər. Bu yolla həmin şəxslər guya tələbə yataqxanalarında yaşadıqlarını sübuta yetirməyə çalışırlar. Əslində isə onlar heç də iddia etdikləri kimi, tələbə şəhərciklərində yaşamırlar. Bu, sadəcə olaraq, müəyyən güzəştlərin əldə olunması üçün atılan addımlardan biri kimi qiymətləndirilməlidir. "Qaçqınkom" isə bu cür faktları araşdırmadan, quruma təqdim olunan arayışların əsaslı və ya əsassız olduğunu yoxlamadan hər müraciət edən şəxsə müsbət cavab verir. Maraqlıdır, görəsən niyə?..
Məcburi köçkünlərin üzləşdiyi digər bir problem isə hər ay onlara verilən ağ neftin mənimsənilməsilə bağlıdır. Belə ki, "Qaçqınkom"un Gəncə şöbəsinin rəhbəri Süleyman Abbasov dövlət tərəfindən hər ay məcburi köçkünlər üçün verilən 45 litr ağ nefti mənimsəyir. Gəncədə məşkunlaşmış məcburi köçkünlərin sözlərinə görə, artıq bir neçə aydır ki, Süleyman Abbasov ağ neftin olmadığını deyərək əvəzinə pul versə də, həmin pullarda azalma müşahidə olunur: "45 litr ağ neftə görə bizə 18 manat pul verilməlidir. Çünki ağ neftin bir litrinin qiyməti 45 qəpikdir. Süleyman Abbasov isə bizə 10 manat pul verir, 8 manatımızı mənimsəyir". Ağ neftin olmadığına inanmadıqlarını deyən məcburi köçkünlərin bildirdiyinə görə, "Qaçqınkom"un Gəncə şöbəsinin rəhbəri onlara ayrılan ağ nefti sahibi olduğu yanacaqdoldurma məntəqəsində satdırır: "Süleyman Abbasov bu maxinasiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun adından istifadə edir. O deyib ki, guya o, məhz Əli Həsənovun tapşırığı əsasında hərəkət edir. Bizə deyir ki, "Qaçqınkom"un sədri artıq məcburi köçkünlərə ağ neftin verilməməsi barədə tapşırıq verib. Səbəb də budur ki, guya ölkənin enerji ehiyatları tükənmək üzrədir. Biz isə yaxşı başa düşürük ki, bütün bunlar nağıldır".
Məcburi köçkünlər hər il ailə tərkibi barəsində arayış alaraq müvafiq qurumlara təqdim etməlidirlər. Lakin bir çox hallarda tələb olunan arayışlar da məcburi köçkünlərə pulla satılır. Ayrı-ayrı şəxslər isə tələbələr yataqxanalarda yerləşmək üçün komendantlara rüşvət verirlər. Təəssüf ki, bütün bunlar həqiqətdir və aidiyyəti qurumlar tərəfindən tez bir zamanda araşdırılmasını tələb edən mühüm məsələlər sırasında qərarlaşıb...

Cavid Mehdisoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda məcburi köçkünlər aksiya keçirir

    Bakıda məcburi köçkünlər aksiya keçirir ...

    20-08-2013, 15:08

  • 
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38

  • 
  • Bərdədə əhali ayağa qalxdı - (VİDEO)

    Bərdədə əhali ayağa qalxdı - (VİDEO) ...

    27-08-2015, 14:37

  • 
  • Göyçayda məcburi köçkünlər yolu bağlayıblar

    Göyçayda məcburi köçkünlər yolu bağlayıblar ...

    17-06-2013, 13:14

  • 
  • Məcburi köçkünlər ayağa qalxdı

    Məcburi köçkünlər ayağa qalxdı ...

    31-05-2013, 12:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu