Bu gün axşam saatlarında Sabunçu rayonunda baş verən atışmanın təfərrüatları məlum olub. Atışma Sabunçu rayonundakı 68 saylı orta məktəbin stadionunda, sakinlər arasında baş verib. Gülağa adlı şəxs ov tüfəngi ilə 4 nəfəri güllələyib. Güllənənlər arasında Suraxanı Rayonu Polis Şöbəsinin əməliyyat üzrə müavini Akif Nəzərov və oğlu Asif ağır yaralanıb. Əldə etdiyimiz məlumata görə, Asif Nəzərov Sabunçu Rayonu Polis Şöbəsinin əməkdaşıdır. Bundan başqa, Fərid və adını hələlik dəqiqləşdirə bilmədiyimiz bir nəfər də güllə yarası alıb. Yaralılardan biri - Fərid hadisə yerindəcə keçinib. Digər yaralılar isə 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, hadisə Gülağanın stadionda obyekt tikmək istəməsi qonşularının isə buna etiraz etməsi ilə bağlı olub. Qonşular arasında bir neçə dəfə mübahisə düşüb. Sonda isə Gülağa ona mane olmağa çalışan qonşularını cəzalandırmaq üçün silaha əl atıb.
Qeyd edək ki, atışma barədə ilk məlumatı “Qafqazinfo” yaymışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?