Prezident İlham Əliyevin bu gün Sumqayıta səfəri başlayıb. Ölkə başçısı ümummilli lider Heydər Əliyevin şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Dövlət başçısının "Azərsun Holdinq"in Karton zavodunda, o cümlədən bir sıra sosial obyektlərin və dənizkənarı parkın yenidən təmirdən sonra açılışında iştirakı nəzərdə tutulur.
Bildirək ki, ölkə başçısının səfərindən əvvəl Sumqayıtda mərkəzi küçə və prospektlərdə abadlıq işləri görülüb. Yollarda avtomobillərin hərəkətini nizamlayan zolaqlar yenilənib. Həmçinin bir sıra prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Onu da xatırladaq ki, İlham Əliyev sonuncu dəfə ötən il oktyabrın 3-də Sumqayıta səfər edib. Səfər çərçivəsində “Sağlam qida” aqrar-sənaye kompleksinin və Sumqayıt Şəhər Xəstəxanasının açlışında iştirak edib. Eyni zmanda “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?