Ölkə başçısının korteji Heydər Əliyevin abidəsi önündən niyə dayana bilmədi? Ölkə başçısı İlham Əliyev mayın 3-də Sumqayıta səfər edib. Onun bu səfəri maraqlı bir insidentlə fərqlənib. Belə ki, ölkə başçı Sumqayıt səfərində atası Heydər Əliyevin abidəsini ziyarət edə bilməyib. Buna səbəb dərdlərini İ.Əliyevə demək üçün abidənin yaxınlığına toplaşan şəhər sakinləri ilə polis arasında qarşıdurmanın yaranması olub. Sumqayıtdakı mənbələrdən azadliq.info-ya daxil olan məlumata görə, İ.Əliyevin atasının şəhərin mərkəzindəki abidəsini ziyarət etməyə gələcəyini bilən şikayətçi sakinlər həmin ərazidə toplaşıblar. İ.Əliyevin karteji abidəyə yaxınlaşan zaman şikayətçi sakinlərdən biri abidənin lap yaxınlığına yürüyüb. Ərazidəki polislər onun qarşısını kəsib və ərazidən uzaqlaşdırmağa çalışıb. Polislərin bu hərəkəti digər sakinlərdə narazılıq yaradıb. Nəzticədə polsilərlə sakinlər arasında gərginliş yaranıb. Elə bu vaxt əraziyə yaxınlaşan İ.Əliyevin korteji yaranmış hay-küy səbəbindən orada saxlamadan uzaqlaşıb. Lakin belə görünür ki, Heydər Əliyevin abidəsi ətrafına yığışan şikayətçilər tezliklə sakitləşdirilib və ərazidən uzaqlaşdırılıb. Çünki abdənin önündən şütüyüb keçən ölkə başçısı sonradan onu ziyarət edib. APA-nın məlumatına görə, İ.Əliyev atasının abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. İ.Əliyev daha sonra Sumqayıt Cümə Məscidində əsaslı təmirdən sonrakı vəziyyətlə tanış olub, “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi mərasimində və “Gilan” Tekstil Kompleksinin açılışında iştirak edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?