GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazirlikdən şok ittiham: "Azərovçu” pozucu kampaniya aparır

Nazirlikdən şok ittiham: "Azərovçu” pozucu kampaniya aparır

Tarix: 25-02-2014, 11:53 Bölmə :Ölkə Baxış: 1 136
Nazirlikdən şok ittiham: "Azərovçu” pozucu kampaniya aparır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərovçu” İctimai Birliyinə xəbərdarlıq edib.
Nazirlikdən ANS PRESS-ə verilən məlumatda qeyd olunub ki, Birlik qanunsuz hərəkətləri ilə ictimai fikri çaşdırmaqdan, pozucu kampaniya aparmaqdan çəkinmir: “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi ölkədə quş ovuna qoyulmuş qadağanın əleyhinə pozucu kampaniya aparır. Azərbaycan təbiəti, onun biomüxtəlifliyinin qorunması və inkişafı, vətəndaşların konstitusion hüquqlarından sayılan sağlamlıq və təhlükəsizliyi ikinci plana atılır,

maddi-maliyyə maraqları güdən və ovçular əmiyyətinin başında duran bir qrup şəxs guya insanların “istirahət həzzi”ni, “əyləncə” maraqlarını müdafiə etmək adıyla dövlət orqanlarına qarşı saxta təbliğat həyata keçirir. “Azərovçu” adlanan cəmiyyətin rəhbərliyi öz üzvlərini mütəmadi olaraq itaətsizliyə və pozuculuq fəaliyyətinə sürükləməkdə davam edir. Halbuki quş ovuna qoyulmuş qadağa Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ərazisində quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyasının yaradılması” haqqında 2006-cı il 16 fevral tarixli Sərəncamından sonra həmin Dövlət Komissiyasının rəyi ilə tətbiq edilib. Yəni “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyində təmsil olunan şəxslər bunu bilə-bilə maliyyə maraqları naminə ictimai fikri çaşdırmaqdan, pozucu kampaniya aparmaqdan çəkinmir.

Faktlar təsdiq edir ki, “Azərovçu” rəhbərliyinin ictimai fikri çaşdırmağa yönələn canfəşanlığının səbəbi guya ovçuların maraqlarının müdafiəçisi rolunda çıxış etmək adıyla dövlət qurumlarının səlahiyyətlərinin mənimsənilməsi və bununla qanunsuz maliyyə qaynaqlarından yararlanmaqdır. Belə ki, 2004-cü ildə “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndi ilə ölkədə ovçuluğun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının idarə olunması, habelə ovçuluq biletinin verilməsi kimi səlahiyyətlər müstəsna olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ovçuluq Təsərrüfatlarının cari vəziyyətinin öyrənilməsi üçün Komissiya yaradılaraq yerində araşdırmalar aparılıb və “Azərovçu” tərəfindən saysızhesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən 2006-cı ildə ETSN ilə “Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları Nazirliyin balansına keçib.

Lakin “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin rəhbərliyi bir neçə ildir ki, ovçuluq sahəsində dövlətin müəyyən etdiyi siyasəti pozmağa yönəlmiş fəaliyyət göstərir, yerlərdə ovçuluq təsərrüfatlarının idarə olunması, orada yoxlamaların aparılması, ovçuluq biletlərinin verilməsi kimi qanunsuz fəaliyyətlərini davam etdirərək Nazirliyin qanuni səlahiyyətlərini mənimsəməyə cəhd göstərir. Bu tipli qanunsuz müdaxilələrə hüquqi qiymət verilməsi və aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması üçün ETSN-də 2012-ci ildən etibarən müvafiq Komissiya yaradılıb.Komissiyanın son bir il yarım ərzində apardığı araşdırma nəticəsində məlum

olub ki, “Azərovçu” öz işçiləri və ölkə ərazisində fəaliyyət göstərən ovçuluq dükanlarının sahibləri vasitəsilə saxta ovçuluq biletləri satır (silahla adi davranma qaydalarını bilməyən şəxslərə imtahan keçirmədən saxta ovçuluq biletlərinin verilməsi, ov silahı ilə ehtiyatsız davranma nəticəsində baş verən hadisələrin sayının artmasına səbəb olub), təsərrüfatlara qanunsuz əmrlərlə işçilər götürür, Nazirliyin balansında olan dövlət mülkiyyətindən qanunsuz istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərir, qeyri-qanuni təyin edilən “qondarma müfəttişlər” vasitəsilə ərazilərdə özbaşına reydlər keçirir. İctimai Birliyin Beyləqan rayon şöbəsinin sədri və həmin şöbə əməkdaşları belə bir qanunsuz reyd keçirən zaman, 21 oktyabr 2012-ci il tarixində insident baş verib və Cəmiyyətin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov ovçular tərəfindən qətlə yetirilib. Bildiririk ki, “Azərovçu”nun bu gün üzvlərinə verdiyi üzvlük bileti də qanunsuzdur. Çünki “Ovçuluq haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən “üzvlük biletinin forması müvafiq icra hakimiyyəti orqanı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ilə razılaşdırılmalıdır”. Lakin bu günədək Cəmiyyətin üzvlük biletlərinin formasının razılaşdırılması barədə Nazirliyə hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə ovçular cəmiyyətinə üzv olmaq proseduru şəffaf və aydın olmalı, yəni müraciət edənin lazımi biliklərə malik olması təsdiqlənməlidir (treninq, imtahan və s. vasitəsi ilə).

“Azərovçu” ictimai təşkilat olsa da, özünü səlahiyyətli dövlət orqanı kimi aparmaqla ovçuluq təsərrüfatlarının guya Cəmiyyətin tabeçiliyində olması görüntüsü yaratmaq üçün qanunsuz cəhdlər edir. Belə ki, Cəmiyyət rəhbərliyi Quba rayonunun Dərk kəndində saxta yığıncaq keçirərək yerli nümayəndəsinə saxta vəsiqə təqdim edib və “Babadağ” Ovçuluq Təsərrüfatının bütün səlahiyyətlərini özbaşına olaraq həmin şəxsə verib. Digər bu tipli fakt Xızı rayonunun inzibati ərazisində yerləşən “Yaşma” Ovçuluq Təsərrüfatında qeydə alınıb. “Azərovçu”nun nümayəndəsi Aydın Məhərrəmov adlı şəxs cəmiyyətin köhnə dayaq məntəqəsinin bərpa edilməsinə cəhd göstərib.

“Azərovçu” rəhbərliyi açıq-açığına qanunsuz hərəkətlər edir, inanılmaz fırıldaqçılıq faktları törədir, ETSN şantaj olunur. Özbaşınalıq o həddə çatıb ki, Cəmiyyətin sədri F.Əşrəfov qanunsuz əmrlə Nazirliyin balansında olan “Zəvvar” Ovçuluq Təsərrüfatının daxilində yeni “Zəvvar-2” adlı Ovçuluq Təsərrüfatı yaradıb, təsərrüfatın daxilində qeyri-qanuni olaraq ayrı-ayrı şəxslər üçün heç bir hüquqi sənədi olmayan 5 ovçu sığınacağı (vaqon) düzəldib. Bunun qarşısını almaq istəyən Nazirliyin işçilərinə isə açıq müqavimət göstərilib. Lakin “Azərovçu”nun bütün qanunsuz cəhdləri ETSN-nin və hüquq-mühafizə orqanlarının birgə səyi ilə ifşa edilib.

Daha bir fakt: İmişli rayonu, Mirhəsənli kənd sakini Vahid Məmmədov ərizə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək bildirib ki, “Azərovçu”nun rəhbəri onu aldadaraq pulunu mənimsəyib. Araşdırma zamanı məlum olub ki, F.Əşrəfov fırıldaqçılığa əl ataraq “Şərbət-Qobu” Ovçuluq Təsərrüfatındakı 3 otaqdan ibarət birmərtəbəli ovçu evinin əmlakı ilə birlikdə 2006-2012-ci illər ərzində şikayətçinin istifadəsinə verilməsi üçün saxta icarə müqaviləsi bağlayıb, bunun müqabilində ondan 7670 manat məbləğində vəsaitgötürüb. Eyni zamanda müəyyənləşdirilib ki, o, formal və saxta əmrlərlə bir neçə şəxsi Nazirliyin idarəçiliyində olan ovçuluq təsərrüfatlarında müxtəlif vəzifələrə təyin edərək onlardan müxtəlif məbləğdə pullar alıb. Bununla yanaşı, şikayətçi V.Məmmədov bildirib ki, “Azərovçu”nun rəhbəri ölkə ərazisində vətəndaşlara 30 manatın müqabilində çoxlu sayda ovçuluq və fəxri ovçu bileti satıb.



Cəmiyyətin sədrinin törətdiyi daha bir qanunsuz əməlin üstü açılıb. O, özbaşına olaraq ETSN-nin idarəçiliyində olan “Daşgil” Ovçuluq Təsərrüfatına Salman Babayev adlı şəxsi təyin edib (S.Babayevin dediyinə görə baza direktorudur). Burada dəniz sahilində 20 ədəd xüsusi balıqçı sığınacağı yerləşdirilib, dənizdə balıqçı oturacaqları düzəldilərək brakonyerliyə şərait yaradılıb. Buna görə də balıqçılardan müntəzəm olaraq pul toplanılıb. Bu və digər özbaşınalıqları əks etdirən toplanmış sənədlər ETSN tərəfindən 17 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Cəmiyyətin vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərinin aşılması nəticəsində dövlət mənafeyinə mühüm zərər vurulması faktları müəyyənləşdirildiyindən material üzrə 2013-cü il 29 iyul tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan təbiətinin flora və faunasının antropogen təsirlərdən qorunması, bu cür müdaxilələrin minimuma endirilməsi, bütövlükdə ölkədə bioloji müxtəlifləyin qorunub inkişaf etdirilməsi də daxil olmaqla ekologiya sahəsində dövlətimizin strategiyası, dövlət başçısının bu yöndə həyata keçirdiyi ardıcıl siyasət ETSN tərəfindən müntəzəm olaraq icra olunur, görülən və görüləcək işlər vaxtaşırı təbliğ edilir. Sözsüz ki, icra olunan və icrası nəzərdə tutulan dövlət tapşırıqlarının təbliğ olunması, həm də əhalinin ekoloji cəhətdən maarifləndirilməsinə xidmət edir və bütövlükdə ETSN-nin fəaliyyət prinsiplərinin tərkib hissəsi sayılır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qanunsuz ovçular saxlanıldı

    Qanunsuz ovçular saxlanıldı ...

    24-07-2013, 13:45

  • 
  • Nazirlikdən balıqçıların etirazına cavab: Bilet alın

    Nazirlikdən balıqçıların etirazına cavab: Bilet ...

    8-01-2016, 18:27

  • 
  • Azərbaycanda İŞİD əleyhinə kampaniya başladı

    Azərbaycanda İŞİD əleyhinə kampaniya başladı ...

    20-08-2014, 12:38

  • 
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib - VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ...

    6-11-2015, 18:01

  • 
  • Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama

    Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama ...

    25-01-2014, 11:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu