Sabir Rüstəmxanlı Nabrandan Astara sərhədinə qədər sahillərin tutulduğunu və Ələtə qədər dənizi görmək mümkün olmadığını deyib
Azərbaycan "Varlılar dənizin içinə girirlər". Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında deyib. ANS PRESS-in məlumatına görə, o bildirib ki, Azərbaycanın Xəzər dənizi sahilindəki torpaqların işğalına şərait yaradılıb. Nabrandan Astara sərhədinə qədər bu sahillər işğal olunub:
“Bir də görürsən ki, 1 km uzunluğunda hasar çəkilib. Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, imkanı çox olar. Bu o demək deyil ki, imkandan istifadə edib millətin sərvəti olan dənizi zəbt etməlidirlər. Əgər onların iştahları itidirsə Qobustan təpələri boş qalıb. Gedib orada terraslar və bağlar salsınlar, nə istəyirlər tiksinlər. Amma dənizin içinə girməsinlər. Bu dəniz millətin olmalıdır. Hətta dənizin kənarında olan mayakı uçurmaq istəyirlər. Bu cür öz başınalıq ola bilməz.”
Bunu Milli Məclisin deputatı Valeh Ələsgərov isə dənizi çirkləndirənlərin cərimələnəcəyini deyib. O, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə konvensiyasının Xəzər dənizimnin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında məlumat verərkən belə deyib.
O, bildirib ki, Xəzər başqa dənizlərdən fərqli olaraq qapalı su hövzəsidir. Xəzəryanı dövlətlər buna görə də bu məsələyə daha diqqətli yanaşmalıdırlar. Çirklənməyə görə, məhv olan dəniz kimi Aral dənizini misal çəkmək olar. Bu dəniz çirklənməyə görə, bataqlıqlara və balaca göllərə çevrilib."Bu cür halları Xəzərdə baş verməməsi üçün qanun layihəsi Milli Məclisin gündəliyinə salınıb. Qanun layihəsi qəbul olunarsa Xəzəri çirkləndirən şəxslər cərimələnəcək və məsuliyyətə cəlb olunacaq".
Milli Məclisin deputatı Fəzail Ağamalı isə Nabrandan Lənklərana qədər Xəzər dənizinin sahilidəki obyektlər və istirahət parklarına nəzər salsaq buradakı çirklənmiş suların təmizlənmədən Xəzərə axıdıldığının şahidi olmağın mümkün olacağını deyib. "Belə olan halda biz protokolu qəbul etsək də bunun heç bir xeyri olmayacaq. Qəbul etdiyimiz qanunlar icra olunmur. Çirklənməni dənizkənarı parkda da görmək olar. Orada hər şey var. Abadlaşdırılmış hissəsində də eyni vəziyyətdir. Qağayılar orada durmadan uçuşursa deməli dəniz çirklənib. Bizə verilən nemət bəlaya çevriləcək. Xahiş edirəm imkanlarınızdan və səlahiyyətinizidən istifadə edib çirklənməni dayandıraq. Bizim sözlərə, qaldırdığmız məsələlərə diqqət edən yoxdur. Mən bu protokolu icra olunduğu təqdirdə alqışlayıram”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?