Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürməyə bilər. Bunu Modern.az saytına partiya sədri özü deyib.
Əməkdaşımızın “2015-ci ildə növbəti parlament seçkiləri keçiriləcək. Sizin həmin vaxt konkret hədəfləriniz olacaqmı” sualın cavabında millət vəkili belə deyib: “Bu barədə hələ düşünmürəm. Çox güman ki, namizədliyimi verməyəcəyəm”.
Deputatlıq mandatından imtina etmək niyyətinə gəldikdə, Sabir Rüstəımxanlı bunun heç də siyasi proseslərdən yorulması ilə bağlı olmadığını bildirib:
“Siyasi proseslərdən yorulmamışam. Əksinə, onların daha vacib olan sahəsi ilə məşğul olmaq istəyirəm. Yaşımın elə vaxtıdır ki, özümü o proseslərdən daha yuxarıda görürəm. Dünyada yaşayan azərbaycanlıların inteqrasiyasının güclənməsi, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhsilindən tutmuş, o ölkələrdəki siyasi proseslərə qoşulmasına qədər hər şeyə yardım etmək istəyirəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?