“Sovetski” məhəlləsinin söküntüsü zamanı keçirilmiş aksiyada fəallıq edən Müdafiə Komitəsinin üzvü Hacı Məmməd Faziloğlu və onun oğlu Emin Aslanov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel) çağırılıblar.
Hacı Məmməd virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyib. Hacı Məmmədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aksiyada göstərdiyi fəallığa görə xəbərdarlıq edilib. O, idarəyə bu gün çağırılıb. Oğlu isə iki gün imiş idarədə saxlanılırmış. Hacı Məmmədə aktivlik göstərən digər şəxslərə də xəbərdarlıq ediləcəyi deyilib.
Sorğu
Yeni dizaynımız necədir?