“Azəriqaz” İstehsalat Birliyinin rayon qaz istismarı sahələrində ixtisarlara başlanılıb.
Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisi bildirdi ki, rayon qaz istismarı sahələrində tikinti ilə məşğul olan işçilər ixtisar edilir: “Artıq onlara bildiriş verilib. Hər rayonda təxminən 50-60 işçi tikinti sahəsi ilə məşğul olurdu”.
M.Qəhrəmanlı qeyd etdi ki, ixtisara salınan işçilərin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanaqlığının və məşğulluğunun təmin olunmasına dair proqram”a cəlb edilib-edilməyəcəyi bəlli deyil.
Qeyd edək ki, ilkin mərhələdə 100-dən çox işçi ixtisara salınacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?