Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, bu səhər saat 6:30 radələrində Stansiya Suraxanı rayonu Binə qəsəbəsində 18 yaşlı Aytən adlı qızın dəm qazından zəhərlənməsi ilə bağlı yaxınları tərəfindən müraciət olunub.
Həkimlərin hadisə yerinə vaxtında çatmasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Stansiyadan o da bildirilib ki, son sutka ərzində Bakının müxtəlif rayonlarından dəm qazından zəhərlənmə ilə bağlı 12 müraciət olub. Nəticədə 11 nəfər xəstəxanaya yerləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?