GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar

Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar

Tarix: 12-03-2014, 20:32 Bölmə :Ölkə Baxış: 896
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Vidadi İsayev oğluna 100.000 manatlıq çayxana,
kürəkəninə 100 kv.m-lik dükan tikdirir, köməkçisi Zaur Bəylərov
isə vətəndaşlardan pul yığmaqla məşğuldur


Bərdənin icra başçısı Vidadi İsayevin rayonda gestapo rejimi yaratmaqla yanaşı, həm də yaxın qohum-əqrabasına geniş yaratmaqla məşğuldur. "gundemxeber.az" xəbər verir ki, icra başçısı rayonda ümumi sahəsi 36 hektar olan Heydər Əliyev Parkı inşa etdirir. Daha doğrusu, dövlət büdcəsindən bu parkın salınmasına milyonlarla vəsait ayrılıb. Lakin bütün buna baxmayaraq, icra başçısı camaatın boynuna minnət qoyur ki, guya, bu işləri öz şəxsi imkanları hesabına həyata keçirir.
"gundemxeber.az"-ın əldə etdiyi məlumata görə, dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq, Vidadi İsayev rayondakı bütün məmurlardan həmin parkın tikintisi üçün 10 min manat pul tələb edir. Adını isə belə qoyub: "Ulu Öndərin adına park tikdirirəm və hamı bu işdə maddi yardım etməlidir". Məlumatlara görə, Vidadi İsayevin bu hərəkətlərinə etiraz edə bilməyən məmurlar da məcburiyyət qarşısında qalaraq, borca, faizə və kreditə pul götürərək icra başçısının tələbini yerinə yetirirlər. Elə bu səbəbdəndir ki, onların əksəriyyəti borc içində boğulurlar.
Amma işin qəribə tərəfləri də çoxdur. Belə ki, icra başçısı həmin parkda oğlu üçün dəyəri 100 min manat olan "Ana və Uşaq" kafesi inşa etdirir. Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracaını deyib. Amma İsayev təkcə oğlunu deyil, kürəkənini də yaddan çıxarmayıb. Belə ki, o, bir müddət əvvəl tikilərək istifadəyə verilmiş Qaçqın Şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirir. Halbuki qanunla Qaçqın Şəhərciyində belə obyektlərin inşa edilməsi nəzərdə tutulmayıb və qismən qadağan hesab edilir. Maraqlıdır ki, bir müddət əvvəl Bərdə rayonunda Qarabağ qazisi ehtiyac üzündən özünü yandıraraq, həyatına qəsd etmişdi.İcra başçısı kürəkəninə və oğluna bu qədər pulu tapa bildiyi halda, o zavallı Qarabağ qazisi üçün niyə heç nə etməyib? Və onun bu qədər pulu hardan əldə etdiyi də kifayət qədər müəmmalıdır.
Bərdə rayonunda tikilən Heydər Əliyev Parkında işləyənlərin də kateqoriyası kifayət qədər fərqlidir. Vidadi İsayev bu məsələdə də şəxsi maraqlarını güdüb. Belə ki, o, həmin parkda əsasən idarə və müəssisə rəhbərlərini işlətməklə məşğuldur. Məsələn, hal hazırda həmin parkda çalışan fəhlələrdən cəmii 2-3-ü aylıq maaş müqabilində işləyir. Yerdə qalanları isə idarə və müəssisələrin işçiləridir. Politika.az-ın məlumatına görə, Vidadi İsayevin tapşırığına əsasən hər bir idarə və müəssisə rəhbəri hər gün 10 nəfər işçisini parkda işləməyə göndərməlidir. Biabırçı vəziyyət odur ki, bu parkın inşasında həkimi, müəllimi, fəhləni və hər kəsi görmək mümkündür.
Vidadi İsayevin Bərdədə yaratdığı vəziyyətin bir başqa nümunəsi isə onun bu yaxınlarda tutduğu işdir. Politika.az-a verilən məlumata görə, icra başçısı nazirliyin öz yerli nümayəndəsinə verdiyi xidməti avtomobili onun əlindən alıb. Həmin maşın isə icra başçısının Yevlaxda Arxiv İdarəsinin müdiri işləyən həyat yoldaşını işə aparıb-gətirməklə məşğuldur.
Bərdənin icra başçısının gəlir mənbəyi kimi isə büdcə vəsaitləri göstərilir. Məlumatlara görə, Vidadi İsayev təkcə ötən il milyonlarla manat dövlət pulunu şəxsi məqsədlərinə sərf edib. Məsələn, onun dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən ayrılmış 8190 manatı hara xərclədiyini özündən başqa kimsə bilmir. Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti məlum deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə ayrılmış 3150 manat və sair xərclər maddəsi uzrə malların (işlərin və xidmətlərin) satın alınmasıı üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gəlib. Maraqlıdır ki, bu pul silmə əməliyyatlarının böyük qismi "Təchizat BCS" MMC şirkətinin əliylə həyata keçirilib.
Bərdədə təkcə Vidadi İsayev problemi deyil, həmçinin onun köməkçisi Zaur Bəylərovun yaratdığı dəhşətli vəziyyət də hakimdir. Belə ki, icra başçısının köməkçisi məmurların, hətta vətəndaşların da gününü qara edib. O, həftənin bütün günü (icra başçısının işdə olub olmamasından asılı olmayaraq) işdə oturub, başçının xidməti telefonundan məmurlara zəng edərək, özü üçün pul tələb edir. Z.Bəylərov hətta icra başçısının qəbuluna gəlib, köməklik istəyən vətəndaşlardan da problemlərini həll edəcəyi adı ilə 50 manat pul tələb edir.
Хəyal
Bakı-Bərdə-Bakı

Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
Bərdənin icra başçısı rayonda gestapo rejimi yaradıb - Fotolar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55

  • 
  • Bərdənin icra başçısı vəzifəyə kürdləri yerləşdirir

    Bərdənin icra başçısı vəzifəyə kürdləri ...

    15-05-2014, 11:06

  • 
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39

  • 
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16

  • 
  • BƏRDƏDƏ YOXLAMALAR – İCRA BAŞÇISI OBYEKTLƏRİNİ NİYƏ SATIŞA ÇIXARIB?

    BƏRDƏDƏ YOXLAMALAR – İCRA BAŞÇISI OBYEKTLƏRİNİ ...

    17-04-2015, 15:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu