Bərdənin icra başçısı ilin sonuna qədər vəzifəsindən alınır
Bərdənin icra başçısı Vidadi İsayev ilin sonuna kimi vəzifəsindən alınacaq.
Həmin məlumatda deyilir ki, əvvəlcə İsayevin yerinin dəyişdirilməsi məsələsi gündəmdə olub. Lakin sonradan Bərdədə baş verən proseslərdən dolayı bu versiya bir kənara qoyulub. Və məsələ qətiləşib. Qəti qərara əsasən icra başçısı işdən çıxarılacaq və yeni işlə də təmin olunmayacaq.
Mənbənin bildirdiyinə görə, Vidadi İsayevin işdən çıxarılması üçün əsas səbəb təkcə camaatı incitmək deyil, həmçinin yerli məmurların da canını boğazına yığmasıdır. Belə ki, Vidadi İsayev haqqında mətbuatda mütəmadi olaraq tənqidi məlumatların dərc olunması, habelə əhali ilə davranışlarda ciddi yanlışlıqlara yol verilməsi də əsas təsir vasitələrindən biri olub. Son aksiyalar isə birmənalı olaraq icra başçısının görəvdən alınmasına ciddi əsas verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?