GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məmurların narkoman uşaqları «anonim»lər sırasında

Məmurların narkoman uşaqları «anonim»lər sırasında

Tarix: 16-03-2014, 12:45 Bölmə :Ölkə Baxış: 1 075
Məmurların narkoman uşaqları «anonim»lər sırasında
Son illər bəşəriyyətin üzləşdiyi ən böyük bəlalardan biri də narkomaniya ilə bağlıdır

Dünya ölkələri üzrə narkotik istifadəçilərinin sayının artması, bu cür maddələrin geniş şəkildə əkilib-becərilməsi bəşər övladını narahat etməyə bilməz. İnsanı ölümə aparan narkotik maddələr və narkotik ticarəti ilə məşğul olan şəxslər Azərbaycandan da yan keçməyib. Xatırladaq ki, narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi hesab edilərək 1996-cı il avqustun 26-da müvafiq fərman imzalanmış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Qanun qəbul olunmuşdur. Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilib. Narkotiklərlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac var. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Çünki cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir. Son vaxtlar Azərbaycanda gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları mütəmadi olaraq əməliyyat keçirib narkotik maddələri satan, ondan istifadə edən şəxsləri cinayət məsuliyyətinə cəlb etsələr də, rəsmi qərəmlər yenə də ürəkaçan deyil. İdarənin həyata keçirdiyi tədbirlərə baxmayaraq, ölkədə narkotik maddələrin ticarəti ilə məşğul olan şəxslərin qarşısını almaq mümkün olmayıb.
Apardığımız qısa araşdırmalar nəticəsində aydın oldu ki, narkotik maddələrin aludəçisinə çevrilən insanlar arasında bəzi məmurların övladları da var. Xatırladaq ki, baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bir müddət əvvəl məmur övladlarının narkomaniyaya qurşandığını bəyan etmişdi: «Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik almağa vəsaiti yoxdur».
Baş nazirin müavini konkret ad çəkmədiyindən hansı vəzifəli şəxslərin övladlarının narkotik maddələrin aludəçisi olması ictimaiyyətə qaranlıq qalmışdı. Araşdırmalarımıza görə isə yüksək postlarda təmsil olunan bəzi şəxslərin oğlanları, o cümlədən, yaxın qohumları şəhərin ən elit məkanlarında cəm olaraq açıq şəkildə narkotik maddələri qəbul edirlər.
Maddi cəhətdən qəti sıxıntı yaşamayan bəzi məmur balaları ən bahalı narkotik maddələrdən, yəni heroin, kokain və ekstazidən istifadə edirlər ki, bu da cəmiyyətdə «ağ ölüm»ün təbliğinə gətirib çıxarır. Araşdırmalar göstərir ki, bu maddələr, xüsusilə də heroin insan həyatı üçün təhlükəlidir. Polisintetik narkotik olan heroin diamorfinin hidroxloridlə sintezi nəticəsində əldə edilir. Heroindən istifadə üçün o, 170 dərəcə istidə əridilir. Karbohidrogenlərdə yaxşı həll olur. Qana qarışanda eyforiya hissi oyatdığı üçün qeyri-qanuni maddə, yəni narkotik sayılır. Heroindən bircə dəfə istifadə belə yüksək asılılıq yarada bilər. Bəzi məmur övladlarının ən çox istifadə etdiyi narkotik maddələr opoid qrupuna aiddir. Heroin də bu qrupa daxildir. Opoidlər beyinə güclü təsiri ilə seçilir. Heroin toksik maddə olduğu üçün daxili orqanlara mənfi təsir edir. Övladlarının pis vərdişlərini gizlətməyə çalışan bir neçə vəzifə sahibləri isə onları çox vaxt xarici ölkələrə göndərirlər. Xaricdə bir neçə kurs müalicə qəbul edən gənclər ölkəyə qayıtdıqdan sonra yenə də köhnə əməllərinə davam edirlər. Hətta elə məmurlar var ki, övladını narkotikdən çəkindirmək üçün milyonlar xərcləyib. Amma heç bir xeyri olmayıb. Bu arada, Səhiyyə Nazirliyi informatika və statistika idarəsinin məlumatına görə, 2013-cü il üçün narkomanların ümumi sayı 28376 nəfər olub. Bunların 22533 nəfəri dispanserin qeydiyyatında, 5843 nəfəri profilaktik qeydiyyatdadır, 756 nəfəri isə anonimdir. Bizə verilən məlumatlara görə, anonim narkomanların siyahısında bəzi vəzifəli şəxslərin övladlarının da adı var. Qeyd edək ki, baş nazirin müavini Əli Həsənovun məlum açıqlaması çoxlarını narahat etmişdi. Fikrimizcə, bu məsələ yenidən gündəmə gəlməli və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları işlərini daha möhkəm şəkildə qurmalıdır. Yaxşı olardı ki, aidiyyəti qurumlar adı anonim qalan narkomanların kimliyini ictimaiyyətə açıqlasın və insanların beynindəki şübhələrə son qoyulsun.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Komissiyası yetkinlik yaşına çatmayanların narkotikdən istifadəsi barədə məlumatlara münasibət bildirib

    Dövlət Komissiyası yetkinlik yaşına çatmayanların ...

    17-11-2015, 13:27

  • 
  • Narkotik vasitələrin qaçaqmalçılığı haqda açıqlama – Statistika

    Narkotik vasitələrin qaçaqmalçılığı haqda ...

    10-12-2013, 13:26

  • 
  • Narkotik vasitələrin "qara bazar" qiymətləri

    Narkotik vasitələrin "qara bazar" ...

    24-03-2015, 12:36

  • 
  • Azərbaycanda 4171 nəfər SPİD xəstəsi var

    Azərbaycanda 4171 nəfər SPİD xəstəsi var ...

    5-11-2013, 12:31

  • 
  • Azərbaycana narkotik vasitələrin hansı ölkələrdən və hansı marşrutlar üzrə gətirildiyi açıqlanıb

    Azərbaycana narkotik vasitələrin hansı ölkələrdən ...

    19-11-2013, 15:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu