Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Ahısxa kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Məlumata görə, R. Əlicanova 9-cu sinif şagirdi imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?