Suriya prezidentinin iki əmisi oğlu Türkiyəyə yaxın bir qəsəbədə müxaliflərlə qaşıdurmada hücum nəticəsində həlak olub
Bəşər Əsədin yaxın qohumlarından daha ikisi öldürülüb. Suriya prezidenti Bəşər Əsədin 2 əmisi oğlu Türkiyəyə yaxın bir qəsəbədə müxaliflərlə baş verən qaşıdurmada hücum nəticəsində öldürülüb. Beləliklə də, Əsədin son günlər ölən əmisi oğlanlarının sayı üçə çatıb. Bundan əvvəl isə bazar günü Lazkiyə bölgəsinin milis (Şəbbiha) komandiri olan Hilal Əsəd yeddi döyüşçüsü ilə birlikdə Latakiyanın Kəsəb qəsəbəsində "Nusrət cəbhəsi" və digər qruplarla baş verən qarşıdurmadan öldürülmüşdü. Qeyd edək ki, ötən həftənin cümə günündən bəri Suriya əsgərləri ilə müxalif qruplar arasında tez-tez qarşıdurmalar olur.
Sorğu
Yeni dizaynımız necədir?