Füzuli rayonu icra başçısı Alı Alıyev bazar ertəsi Bakıya, Prezident Administrasiyasına çağırılıb. Məlumatlı mənbələrdən daxil olan informasiyalara əsasən, icra başçıçsının rayonun aqrar siyasəti ilə bağlı apardığı rəqəmlərlə bağlı müəmmalar ortaya çıxıb. Məlumatlara əsasən, həmçinin də son zamanlar rayon əhalisi tərəfindən icra başçısının davranışları ilə əlaqədar kifayət qədər şikayətlərin Bakıya yollandığı söylənilir. Məlumatlara görə, Alı Alıyev rayonun kənd təsərrüfatının idarə edilməsi istiqamətində mühim nöqsanlara yol verib. Bu barədə bilgi verən mənbə iddia edir ki, hətta sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovla yaxın işbirliyindən olan icra başçısının subsidiyalarla bağlı da mühim ünvandankənar yeyintilərə yol verib. Bütün bu informasiyalarla bağlı olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çoxlu sayda şikayətlərin daxil olduğu bildirilir. Əldə etiyimiz daha bir məlumata görə isə, icra başçısının hətta aprel ayına qədər işini itirməsi də gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?