Marie Harf: "Belə işlərin bir türk vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur"
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf Gülən camaatının lideri Fətullah Güləndən danışıb. "gundemxeber.az"ın məlumatına görə, Harf jurnalistlərə açıqlamasında ABŞ-ın Fətullah Gülənə dəstək verməsi və “twitter”in bağlanmasına görə Türkiyənin ünvanına təziqləri artması məsələsinə aydınlıq gətirib. O, qeyd edib ki, Türkiyə hökümətinin “twitter”ə qadağa qoyması düzgün deyil: “Bir nəfər Pensilvaniyada yaşasın və yaxud yaşamasın Türkiyə hökümətinin “twitter”ə qadağa qoyması doğru deyil. Belə işlərin bir türk vətəndaşının Pensilvaniyada yaşaması ilə heç bir əlaqəsi yoxdur”. Harf, Türkiyə-İsrail münasibətlərinin tərəfdarı olduğunu bildirən Fətullah Gülənlə eyni mövqedə dayanmaları barəsində olan sualı da cavablandırıb: “Xeyir. Eyni mövqedə deyilik. Türkiyə bir NATO ölkəsidir. Hər zaman, hər mövzuda razılaşmaya bilərik. Bu səbəblə də Pensilvaniyada yaşayan bəyi unudun! Türk höküməti ilə ikili bir ittifaq qurmuşuq”.
Sorğu
Yeni dizaynımız necədir?