Prezidentin Kremlin saytındakı bioqrafiyasında yalnız qızları Mariya və Katerina haqqında məlumat qeyd edilib
Keçən ildən boşanma xəbərləri yayılan Putinin boşanması rəsmən təsdiqləndi. Rusiya Federasiyasının rəsmi saytında "Rusiya prezidentlərinin bioqrafiyası" bölümündə dəyişikliklər edilib. Dəyişikliklərdən sonra Vladimir Putinin həyat yoldaşı Lüdmila haqqında məlumatlar yığışdırılıb. Dövlət başçısının mətbuat katibi Dmitriy Peskov buna belə aydınlıq gətirib: "Bu o deməkdir ki, boşanma baş tutub". İndi Kremlin saytındakı Vladimir Putinin bioqrafiyasında yalnız qızları Mariya və Katerina haqqında məlumat qeyd edilib. Rusiya dövlətinin bütün yüksək çinli məmurları, eləcə də RF-in prezidenti 1 aprelə qədər gəlirləri və ailə üzvlərinin sayı barədə deklarasiya təqim edirlər. Dərc olunması vacib olan bu sənədlərdə dövlət məmurlarının şəxsi əmlakları və gəlirləri yenidən hesablanır. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lüdmila Putina ötən ilin iyun ayının əvvəllərində boşandıqlarını rəsmən təsdiqləyiblər. Onlar barələrində yayılan şayiələrdən sonra birlikdə Kreml sarayında “Esmeralda” baletinə tamaşı bitdikdən sonra “Rossiya 24” telekanalına müsahibə veriblər. Boşanma ilə bağlı suala Lüdmila belə cavab verib: “Bəli, demək olar ki, bu, sivil boşanmadır”. Vladimir Putin isə deyib ki, boşanma qərarını Lüdmila Putina ilə birgə qəbul ediblər. Xatırladaq ki, Lüdmila və Vladimir Putin 1983-cü ildə ailə həyatı qurmuşdular. Boşanmış cütlüyün 2 qız övladı var.
Sorğu
Yeni dizaynımız necədir?