Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov türkiyəli həmkarına qarşı sərt danışıb.
Qafqazinfo xəbər verir ki, Rusiyanın "ТВЦ" telekanalına müsahibəsi zamanı Peskov Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğanın mətbuat xidmətinin rəhbəri haqda bunları deyib: "Əgər mən onun tutduğu postu tutsaydım və belə bir hadisə baş versəydi, düşünmədən istefaya gedərdim".
Telekanalın şərhinə görə, Putinin sözçüsü həmkarını son aylar davam edən təyyarə qalmaqalı və digər diplomatik məsələləri düzgün işıqlandırmamaqda qınayır.
Peskov eyni zamanda qeyd edib ki, Türkiyə hazırkı vəziyyətdə atmalı olduğu addımları atmayana qədər Rusiya bu ölkəylə heç bir münasibət qurmayacaq.
Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalındır.
Xatırladaq ki, Rusiya və Türkiyə arasındakı gərginlik 2015-ci ilin 24 noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurmağından sonra yaranıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?