GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xaçmazın balaca oliqarxları

Xaçmazın balaca oliqarxları

Tarix: 9-04-2014, 10:33 Bölmə :Ölkə Baxış: 2 375
Xaçmazın balaca oliqarxları
Rayonun bütün mülkü kimlər tərəfindən talan edilir?

73 yaşlı rayon icra Şəmsəddin Xanbabayev yaxın zamanlarda vəzifəsi ilə vidalaşacağı günü gözləyir. Özü də bunu yaxşı bilən icra başçısı rayondakı büdcə təşkilatlarını başlı-başına buraxıb.
Xaçmazdan bu barədə redaksiyamıza daxil olan məlumata görə, bu idarə müdirlərinin korrupsiya maxinasiyalarına yaxşı fürsət verib. Son illər dövlət başçısı tərəfindən Xaçmaz rayonunun sosial inkşafı üçün ayrılan milyonlarla vəsait rayon mərkəzində və Xudat şəhərində parkların, xiyabanların, yolların, səkilərin, digər inzibati binaların təmirinə sərf olunur. Ancaq xərclənən vəsaitlərlə bərabər idarə müdirlərinin həyata keçirdiyi korrupsiya maxinasiyaları onları rayonda kiçik oliqarxlara çevirib.
Daxil olan məlumata əsasən, Xaçmaz rayonunda korrupsiya bataqlığına batmiş büdcə təşkilatları əsasən Şəmsəddin Xanbabayevə yaxınlığı ilə seçilən rayon Təhsil Mədəniyyət və Turizm, Səhiyyə və Suvarma Sistemləri İdarələridir. Bildirilir ki, son illər Xaçmaz Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova ilə bağlı mətbuatda silsiləli yazıların getməsinə baxmayaraq xanım şöbə müdiri rayon təhsilini öz bildiyi kimi idarə etməkdə davam edir. Hətta Mikayıl Cabbarovun Təhsil naziri vəzifəsinə gətirilməsi də Mədinə Nurməmmədovanın işində heç bir dəyişiklik yaratmayıb. Yəni xanım, təhsil şöbəsinin müdiri necə deyərlər öz bildiyini heç kimə vermir.
Qeyd edək ki, Xaçmaz Təhsil şöbəsinin nəzdində 100-dən çox məktəb var. Məlumata əsasən, rayon kəndlərində fəaliyyət göstərən orta məktəbləri şöbə müdiri özünün “vəsait silmə” obyektlərinə çevirib. Belə ki, kənd məktəblərinin əksəriyyətində siniflərin bir çoxunun sadəcə adları var və təhsil şöbəsinin müdirəsi direktorlarla əlbir olaraq onlarla müəllimlərin adına şişirdilmiş dərs saatları yazdıraraq hər ay büdcədən on min manatlarla vəsaitin mənimsənilməsinə yol açır.
Onuda qeyd edək ki, keçən il Xaçmaz Təhsil şöbəsinə 1,7 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərin bir hissəsi əsaslı təmirə, cari təmirə, maşın avadanlıqlarına, inventarlara, təsərrüfat mallarına, blankalara, müxtəlif işlərə xərclənib. Təhsil şöbəsinin xərclədiyi vəsaitlərlə bağlı apardığımız araşdırmada Mədinə Nurməmmədovanın dəftərxana ləvazimatlarına 100 min və bədii tərtibat, mədəni kütləvi tədbirlərin təşkili xidmətləri üçün 120 min manat xərcləməsi isə çox qaranlıq məqamlardan biri olaraq görünür. Çünki, bu rəqəmə baxıldığı zaman ən səriştəsiz adama belə məlum olur ki, Mədinə Nurməmmədova dəftərxana ləvazimatları alarkən qiymətləri ən azı on dəfə şişirdib. Bunun isə dövlət vəsaitini mənimsəməkdən başqa adının olmaması da hər kəsə bəllidir.
Məlumatlı mənbə idda edir ki, icra başçısı Şəmsəddin Xanbabayevin ən yaxın adamlarından olan Mədinə Nurməmmədovanın rayon təhsil şöbəsindən təkcə özünün aylıq qazancı 20 min manatdan artıqdır. Digərlərinin, yəni icra başçısının, müavinin, Təhsil Nazirliyindəki bəzi vəzifəli şəxslərin və direktorların qazanclarını da əlavə edərsək hər ay yüz min manatdan artıq dövlət vəsaitinin mənimsənildiyi qeyd olunur.
Xaçmazda korrupsiya bataqlığında çabalayan ikinci büdcə təşkilatı isə rayon Səhiyyə İdarəsidir. Qeyd edək ki, Xaçmaz rayon Səhiyyə İdarəsinin nəzdində 2 şəhər, bir neçə kənd xəstəxanası və 60-a yaxın həkim tibb məntəqəsi var. Məlumatda göstərilir ki, rayon səhiyyə idarəsinə rəhbərlik edən Səyyaf Tağıyevin əsas qazanc mənbəyi kəndlərdə fəaliyyət göstərən həkim tibb məntəqələridir. Belə ki, baş həkim tibb məntəqə rəisləri ilə əlbir olaraq dövlətdən ayrılan vəsaitləri bu qurumların əli ilə silərək mənimsəyir. Bundan başqa baş həkim hər bir tibb məntəqəsində 3-4 ölü can saxlayır. Yəni Səyyaf Tağıyev adı olub özü olmayan 200-dən artıq insanın maaşını hər ay alır. Bu isə külli miqdarda vəsait edir.
Qeyd edək ki, keçən il Xaçmaz səhiyyə idarəsinə cari təmir, dəftərxana ləvazimatları, blanklar, maşın avadanlıqları, əsaslı təmir işləri üçün 800 min, dərman pereparatları üçün isə 400 min manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin böyük hissəsi ayrı-ayrı firmalara köçürülərək mənimsənildiyi qeyd olunur. Xaçmazda həmçinin, baş həkimin bir neçə aptekinin fəaliyyət göstərdiyi və bu apteklərdə əsasən dövlətin Xaçmaz rayonuna ayırdığı dərman pereparatlarının satıldığı bildirilir.
Xaçmazdan daxil olan məlumata əsasən, Xaçmazda imkanlı məmurlardan biri də rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Ağayevdir. Rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 13 mədəniyyət evi, 44 klub, 102 kitabxana, 3 musiqi məktəbi, bir neçə muzey, mədəniyyət və istirahət parkları var. Qeyd edək ki, keçən il rayon mədəniyyət idarəsinə 500 min manatdan çox vəsait ayrılıb. Bu vəsaitlər isə müxtəlif avadanlıqlar, dəftərxana, maşın ehtiyat hissələri və cari təmirlərə xərclənib. Adı çəkilən şöbənin 600-dən çox işçisi var.
Nazim Ağayevin əsas qazancı kitabxanalarda və mədəniyyət evlərində, klublarda işləyən işçilərinin əmək haqqlarından hər ay 10 manat saxlamasıdır. Bundan başqa, kənd kitabxanalarında işləyən işçilərin adına yazılan əmək haqqları da şöbə müdirinə çatır. Mənbəmiz qeyd edir ki, şöbə müdiri musiqi məktəblərinin direktorlarından ayda 1000 manat haqq da alır. Bildirilir ki, Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsində hər il mədəniyyət evlərinin, kitabxanaların, istirahət parklarının cari təmiri adı altında külli miqdarda vəsait mənimsənilir. Nazim Ağayevin idarədə saxldığı “ölü can”lardan isə hər ay minimum 10 min manata qədər vəsait əldə etdiyi qeyd olunur.
Xaçmazın ən varlı mini oliqarxlarından biri isə Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov hesab olunur. Rayonda ən varlı məmurlardan biri kimi tanınan və Xaçmazın bütün su məsələlərinə baxan Vaqif Səlimovun il boyu büdcə vəsaitlərini çapıb-taladığı qeyd olunur. Məhz buna görə də, idarə müdirinin Xaçmazda və paytaxt Bakıda dəbdəbəli evləri, obyektləri, avtomobilləri var. Qeyd edək ki, Xaçmaz Suvarma Sistemləri idarəsinin müdiri Vaqif Səlimovun həyata keçirdiyi maxinasiyalarla bağlı redaksiyamıza göndərilən məlumatlar dəqiqləşdirildikdən sonra oxucularımıza təqdim edəcəyik. Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıqabul icra başçısı ilə Afiq Kərimov "şərikliyi"

    Hacıqabul icra başçısı ilə Afiq Kərimov ...

    12-01-2015, 21:06

  • 
  • Şəmsəddin Xanbabayevə kimsənin gücü çatmır

    Şəmsəddin Xanbabayevə kimsənin gücü çatmır ...

    26-11-2013, 16:50

  • 
  • Şəmsəddin Xanbabayev xaçmazlıları prezidentə qarşı qaldırdı?-Etiraz aksiyası

    Şəmsəddin Xanbabayev xaçmazlıları prezidentə ...

    19-12-2013, 17:23

  • 
  • Akif Səlimov Laçın Səhiyyəsini də korrupsiya bataqlığına çevirib

    Akif Səlimov Laçın Səhiyyəsini də korrupsiya ...

    20-02-2014, 23:31

  • 
  • İşdən çıxarılan icra başçısı həbs oluna bilər

    İşdən çıxarılan icra başçısı həbs oluna bilər ...

    28-04-2014, 10:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu