Əhməd Muxtarov büdcə təşkilatlarını aylığa otuzdurub
Hacıqabuldan gundemxeber.az-a daxil olan məlumata görə rayon icra başçısı Əhməd Muxtarov büdcə təşkilatlarını sözün həqiqi mənsaında “tasa” otuzdurub.İnformasiya mənbəmiz bildirir ki, Əhməd Muxtarov hər ay rayon Təhsil şöbəsi, Səhiyyə idarəsi, Mədəniyyət və Turizm şöbəsi, Suvarma Sistemləri İdarəsi, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsi, Kür Su Kəmərləri İdarəsi, Rayon Telefon Qovşaq idarəsi, 2 saylı Yol Yaşıllaşdırma MMC və digər təşkilat rəhbərlərindən hesab alır.
İcra başçısı hər bir büdcə idarəsindən ən azı 2 min manat hesab yığır. Mənbəmiz iddia edir ki, Əhməd Muxtarovun idarə müdirlərindən haqqını Afiq Kərimov toplayır. Hacıqabulda hər kəs bilir ki, başçının bütün maliyyə hesablarını məhz başçının köməkçi həyata keçirir. Əhməd Muxtarovun rayon təhsil şöbəsinin müdirindən ayda 3 min, səhiyyə idarəsinin rəhbərindən 3 min, Suvarma Sistemləri İdarəsinin müdirindən 3 min, köməkçisi yığdığı balansına ayrılan vəsaitə görə haqq Subartezan, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsinin müdirindən 3 min, Kür Su Kəmərləri İdarəsinin ümdirindən 2 min, 2 saylı Yol Yaşıllaşdırma MMC rəhbərindən və Telefon Qovşaq İdarəsinin rəisindən 1000 manat hesab yığdığı bildirilir.
Bundan başqa Əhməd Muxtarov köməkçisi Afiq Kərimovun əli ilə ildə 3 dəfə Hacıqabul şəhərində fəaliyyyət göstərən sahibkarlardan rayondakı abadlıq işlərinə görə vəsait tələb edir. Sahibkarla isə öz növbələrində icra başçısının tələb etdiyi vəsaiti verməyə məcbur olurlar. Çünki Əhməd Muxtarov onun hesabını verməyən sahibkara istənilən təzyiqi etmək gücündədir. Qeyd edək ki, Hacıqabul icra başçısının subsidiya maxinasiyaları ilə bağlı redaksiyamıza daxilm ilginc informasiyanı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?