Avtomobil zəncirvari olaraq 2 “Mercedes” və digər “BMW” ilə toqquşub
Aprelin 13-nə keçən gecə Novxanı qəsəbəsində dəhşətli yol qəzası baş verib. “BMW X5” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən sürücünün idarəetməsindən çıxıb. Avtomobil zəncirvari olaraq 2 “Mercedes” və digər “BMW” ilə toqquşub. Daha sonra isə avtomobil işıq dirəyinə çırpılaraq dayanıb. Qəza nəticəsində 2 nəfər həlak olub. Hər iki şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır. Ölənlərin hər ikisi “BMW”də olanlardır. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aprılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?