35 uyğur aeroportdan İstanbul polis idarəsinin əcnəbilər şöbəsinə aparılıblar, onlara siyasi sığınacaq veriləcək
Martın 25-dən bəri İstanbulun Atatürk hava limanında gözləyən və bu gecə aeroportdan çıxarılan 35 uyğur türkü Türkiyədə qalacaq. ANS PRESS-in məlumatına görə, İstanbul polis idarəsinin əcnəbilər şöbəsinə aparılan 35 uyğur türkü hal-hazırda orada saxlanılır. Çindən qaçaraq hava yolu ilə Türkiyəyə gələn və siyasi sığınacaq tələb edən 35 uyğur türkü Atatürk hava limanının tranzit xətlər bölümündə gözlədilirdi. Lazımi hüquqi proseduranın tamamlanmasından sonra gələn həftənin əvvəlində uyğur türklərinin Türkiyəyə girişinə rəsmi icazə veriləcəyi gözlənilir. İstanbuldakı «Uyğur türkləri həmrəylik və yardımlaşma dərnəyi» və "Türk Dünyası Araşdırmaları Vəqfi" siyasi sığınacaq tələb edən uyğur türklərinə hüquqi dəstək vermək üçün vəkillər də təyin edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?