Çinin Sincan Uyğur Muxtar Bölgəsində yaşayan müsəlmanlara Ramazan ayında zorla içki içirdilir, işgəncələr verilir.
Sosial şəbəkələrdə baş verən hadisələrin fotoları da yayılıb.
Dünya Uyğur Konqresinin sədrinin köməkçisi və Kayseridə yerləşən Şərqi Türküstanlılar Dərnəyinin başçısı Seyit Tümtürk bildirib ki, Çin hökuməti tərəfindən uyğur türklərinə oruc tutulması qadağan edilib. Onun sözlərinə görə, Kaşğar şəhərində oruc tutan 18 müsəlman vəhşicəsinə öldürülüb.
Sözügedən məsələ ilə əlaqədar Çinin Türkiyədəki səfiri Ankarada Xarici İşlər Nazirliyinə çağırılıb, baş verənlərlə bağlı narahatçılıq ona çatdırılıb.
Sorğu
Yeni dizaynımız necədir?