Kəndin icra nümayəndəsi: "Gəlib oradakı sakinləri görsələr afərin deyərlər"
Tovuzun Əlibəyli kəndinin işğal ilə üz-üzə qalması ilə bağlı yayılan xəbərlərə Əlibəyli kənd icra nümayəndəliyindən cavab verilib. Kəndin İcra nümayəndəsi Valeh Rzayev ANS PRESS-ə açıqlamasında yayılan informasiyaların əsassız olduğunu söyləyib. Onun sözlərinə görə belə məlumatların yayıması kənd sakinlərinə qarşı böyük hörmətsizlikdir: “Gəlib oradaki sakinləri görsələr onlara afərin deyərlər. Hazırda kəndə suyun verilməsi bərpa olunur. Ötən gecə baş verən atışmadan sonra işığımız, qazımız kəsilmişdi. İndi kəndin elekrik enerjisi və qaz təchizatında baş vermiş problemlər aradan qaldırılıb. İnsanlar isə öz işləri ilə məşğul olurlar. Bu cür məlumatların yayılması bizə qarşı söyüşdür”. Valeh Rzayev cəbhə xəttində atəşkəsin pozulması faktlarına da münasibət bildirib. O, qeyd edib ki, ötən gecə cəbhə xəttində sakitlik hökm sürüb və atışma qeydə alınmayıb: “Ötən gün ATƏT-in nümayəndələri kəndə gəldilər və atışma zamanı ziyan dəyən evlərə baxış keçirdilər. Ötən gün baş verən atışmadan sonra hələ ki heç bir silah səsi eşidilməyib. Hərbçilərimiz buranı yaxşı müdafiə edirlər.Kənddə heç bir təhlükəli və qorxulu hadisə baş verməyir”. Qeyd edək ki, kütləvi informasiya vasitələrində Tovuzun Əlibəyli kəndinin işğal ilə üz-üzə olması barədə yazılar dərc edilib.
Sorğu
Yeni dizaynımız necədir?