GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tovuzun Əlibəyli kəndində güllə altında yaşayanlar...

Tovuzun Əlibəyli kəndində güllə altında yaşayanlar...

Tarix: 16-09-2013, 23:57 Bölmə :Ölkə Baxış: 1 371
Tovuzun Əlibəyli kəndində güllə altında yaşayanlar...

Kənd sakinlərinin çoxsaylı problemlər torpaq və ev-eşiklərini qorumaq arzusunu üstələyib
Tovuz rayonunun yaşıl yamaclı kəndlərini keçəndən sonra zirvəsinə duman sarılmış boz dağlar görünür. Ermənistanla cəmi 350 metrlik məsafədən sərhəd dirəkləri ilə ayrılan Əlibəyli kəndinə yaxınlaşdıqca havanın soyuqluğu duyulur. Ancaq burada qorxu içində yaşayan kənd sakinləri bir-birləri ilə bir o qədər isti və mehribandırlar. Söhbətlərindən görünür ki, çoxsaylı problemlərini torpaq və ev-eşiklərini qorumaq arzusu üstələyib. Başqa sərhəd kəndlərdən fərqli olaraq, Əlibəylidə evini tərk etmiş sakinlər az saydadır. Ətrafa boylandınsa kürəyində çanta məktəbə yollanan şagirdləri, əlində külünglə yer belləyib əkin əkən kişiləri, toyuq-cücə yemləyib, həyət-baca süpürən qadınları və yun arıtlayan yaşlı nənələri görmək olur. Burda həyat öz axarında davam edir. Ancaq qayğıları da var..., qorxuları da....
Kənddə hansı evə baxsan divarında, dam örtüyündə güllə deşikləri görünür. Kənd sakini Nabat Rzayeva 10 gün əvvəl evinin divarına dəyib, yerə düşmüş gülləni göstərir. Deyir ki, gərək belə vəziyyətdə yaşadığımızı nəzərə alıb, bizə də güzəştlər etsinlər. Nabat Rzayeva kommunal xərclərini 85 manatlıq təqaüdlə ödəyə bilmədiyindən gileylənir:
«Bax bu güllə dam örtüyünün bu tərəfindən girib, o tərəfindən çıxıb. Bax, ordan bəri çıxıb. Bizim qazımıza da, işığımıza da sayğac qoyublar. Belə güllələrin ağzındayıq. Demirlər ki, zülmdə yaşayırlar, heç olmasa pul almayaq bunlardan. Heç olmasa qazı, işığı bizə satmasınlar. Təqaüdümüzlə birtəhər dolanırıq».
Kənddə məktəbə gedən şagirdlərlə yanaşı, qorxudan oxumaqdan əl çəkən uşaqlar da az deyil. Balaca Cəfər də məktəbini sevir. O, atışma olanda məktəbə gedən yollardakı saxlanc yerlərindən danışır:
- Neçənci sinifdə oxuyursan?
- 2-də
- Qorxursan atışma olanda?
- Qorxuram. Bəzən anam dərsə getməyə qoymur. Amma mən gedirəm, bir dəfə dərsə gedəndə atdılar, kolun dalında gizləndim».
Kəndin artezianı sərhədin lap yaxınlığında yerləşdiyindən buradan su çəkmək mümkün deyil. Odur ki, sakinlər aşağı kəndin artezianından gedib su gətirirlər. Kənddəki bütün su boruları susuzluqdan pas, mamır bağlayıb. Ağaclar quruyub, əkinlər də yanıb. Kənd sakini Sabir Məmmədli deyir ki, heç olmasa su olsa sərhəddə, görünməyən yerlərdə olan torpaqlarımızı əkib, becərib birtəhər dolanarıq. Gileylənir ki, rəsmilər su xətlərinin çəkilməsinə maraq göstərmir. Onların dərdlərinə şərik olmurlar: «Neçə dəfə icra hakimiyyətinə getmişik ki, birtəhər hansısa bir yerdən su çəkin. Hər çətinliyə dözürük. Qorxudan şəkər tapmışam. Ürəyimiz səksəkədə yaşayırıq. Amma laqeydlik edirlər. Körpələrimiz böyüyür. Gələcəyin əsgərləri olacaqlar. Onlara su lazımdır. Nə əkin edə bilirik, nə sudan istifadə edə bilirik».
Kənd sakinlərinin çoxu mal qarasını həyətindən kənara otlağa çıxara bilmir. Deyirlər ki, Ermənistan hərbiçiləri görən kimi güllə yağışına tutur. May ayında kənd sakini Nuru dayının inəyini güllə ilə vurub öldürüblər.
Sərhəd kənd olduğundan investorlar da burada hansısa bir müəssisə açmağa meylli deyillər. Odur ki, kəndin işsiz qalan cavanları məcbur qalıb xarici ölkələrdə işləməyə gedirlər. Təkbaşına 2 uşağa baxan Vüsalə Tağıyevanın yoldaşı da illərdir xaricə gedib, gəlir. Yoldaşının qazancı ilə tikdikləri evin dam örtüyünü pulemyot güllələri yandırdığından 2 dəfə yeniləməli olublar. Evin eyvanındakı divarda bir neçə güllə deşikləri də var: «Cavanlara burda bir iş yoxdur ki, işə girələr. Nə gətirirlər ona da baxırıq. Gedirlər Rusiyaya, ora-bura ki, pul qazansınlar, arvad-uşaq da qalır burda. Güllə atanda da gizlənirik. Otağın küncünə gizlənirik. Bax, güllənin yeridir. Aynamızı da qırıblar». Tovuz rayonunun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev də deyir ki, kənd sakinlərinin dolanışığı çətindir. Onun sözlərinə görə, tez-tez atəşkəs pozulduğundan, kəndlilər nə əkin-biçinlə, nə də maldarlıqla məşğul ola bilirlər. Valeh Rzayev də deyir ki, dövlət gərək burada çətin şəraitdə yaşayan, mübarizə aparan sakinləri kommunal xərclərdən azad edə:
«Sərhəddir deyə, burada hansısa iş qurmaq istəyən imkanlı adam yoxdur. Süd müəssisəsi açmaq olar, o halda ki, mal-qaranı otarıb sağmaq mümkün ola. Atışma olan yerdə heç nəyə imkan yoxdur. Burada elə adamlar var yarı ac - yarı tox yaşayır».
O ki, qaldı kənddəki su probleminə kənd icra nümayəndəsi deyir ki, ilin əvvəlində Meliorasiya və Su Təchizatı Nazirliyinə, Tovuz rayon İcra Hakimiyyətinə müraciət ünvanlanıb.
«Su borusu da nasosu da sərhəddə yerləşir. Su çəkilsə belə, qarşı tərəf bunun istifadəsinə imkan verməyəcək. Bu səbəbdən nazirlikdən məktubumuza gələn cavabda göstərilir ki, borunun yeri dəyişdirilib, aşağı kənddən gətiriləcək. Söz veriblər ki, layihə hazırlanır».
Kəndin 3 istiqamətində sığınacaqlar var ki, burada təxminən 250 sakin daldalana bilər. Ancaq hər dəfə təhlükə gələndə, necə deyərlər xəbərdarlıq etmir. İlin əvvəlində kənd sakini Vüsal Quliyev traktor sürərkən snayper atəşi ilə qıçından yaralanıb. Burada insanlar hər an ölüm qorxusu altında yaşayırlar...
Gülnur Raqifqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə tuş gələn dinc sakin Fərid Məmmədovdan son xəbər

    Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə ...

    26-07-2014, 20:02

  • 
  • Əlibəyli erməni işğalı ilə üz-üzə qalıb?

    Əlibəyli erməni işğalı ilə üz-üzə qalıb? ...

    16-04-2014, 11:26

  • 
  • Deputatı kənddə lapatka ilə qarşıladılar - ŞOK OLAY

    Deputatı kənddə lapatka ilə qarşıladılar - ŞOK ...

    13-10-2015, 15:50

  • 
  • Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində həyat axarı ilə davam edir

    Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində həyat ...

    5-08-2014, 23:35

  • 
  • Əlibəyli kəndində partlamamış mərmi fəlakətə səbəb olub - 3 yaralı

    Əlibəyli kəndində partlamamış mərmi fəlakətə ...

    14-07-2015, 09:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu