Bu barədə Boris Filatov şəxsi “Facebook” səhifəsində bildirib
“Dnepr” xüsusi batalyonunun birinci bölməsi yaradılıb və hərbi əməliyyatlara başlamağa hazırdır. Blokpostlar artıq qoyulub. Bu barədə Dnepropetrovskun qubernator müavini Boris Filatov şəxsi “Facebook”dakı səhifəsində bildirib. Bundan başqa, o, odlu silahların hər vahidinə görə pul mükafatı təklif edib. “Bizim təklifimiz var. Hər qaytarılan silaha görə 1000, pulemyota 1500, qranatamyota - 2000 ABŞ dolları mükafat veriləcək. Hər verilən “yaşıl adama” (rus diversantı) görə, 10 000 min ABŞ dolları veriləcək. Axı onlar bizi qardaş qırğınına sürükləyən, bizim ərazimizə ayaq basan muzdlulardır”,-deyə o yazıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?