GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsgəndər Həmidov kilsədə niyə namaz qıldı?

İsgəndər Həmidov kilsədə niyə namaz qıldı?

Tarix: 18-04-2014, 09:45 Bölmə :Ölkə Baxış: 879
İsgəndər Həmidov kilsədə niyə namaz qıldı?
Sabiq daxili işlər nazirindən inanılmaz addım

Azərbaycanda məşhur siyasi liderlər arasında namaz qılanlar azdır. Bəlkə də bəziləri ehtiyat edir ki, namaz qılsam, Qərb məni “İslam fundamentalisti” adlandırar və karyerama son qoyular. Digərləri isə qorxur ki, onu İslamın bəzi radikal, yaxud hansısa qeyri-ənənəvi cərəyanının nümayəndəsi sanıb güdaza verərlər...
Bir vaxtlar haylı-küylü çıxışları ilə seçilən, səbirsiz, kəmhövsələ bir insan təsiri bağışlayan sabiq daxili işlər naziri İsgəndər Həmidovun namaz qılması yəqin çoxlarının ağlına belə gəlməz. Nə qədər gözlənilməz olsa da, son görüşümüzdə məlum oldu ki, İsgəndər bəy artıq neçə illərdir ki, namaz qılır. Hətta Qurani-Kərimin bir çox ayələrindən yerli-yataqlı misallar gətirir. Özü də nəinki Azərbaycanda, məsciddə, hətta qatı katoliklərin yaşadığı Avropa ölkələrindən birində kilsədə namaz qılmağa cəsarət edib. Sonra isə katolik keşişi ilə İslam barəsində geniş mükalimə aparıb. Hadisənin təfsilatını Azərbaycan Bozqurdlarının müsəlman liderinin öz dilindən öyrənək:
- Quranı daha dərindən anlamaq üçün birinci Tövratı və İncili oxudum... Dünyada Xristian dinində iki əsas cərəyan var: katoliklik və pravoslavlıq. Əstəğfürullah, katoliklər deyir ki, İsa Peyğəmbər Allahdır. Pravoslavlar isə deyirlər ki, İsa əleyhissəlam, əstəğfürullah, Allahın oğludur. İncildə İsa Peyğəmbər buyurur ki, mən də sizin kimi bir bəşərəm, sadəcə, Allah məni sizə Peyğəmbər yollayıb, sizi Allahın yoluna dəvət edirəm.
Təxminən 2006-cı ilin yayı olardı. Uşaqların anası ilə Ukraynanın məşhur Medoborı sanatoriyasında dincəlirdik. Tarixi abidələrə baxmaq məqsədilə yaxınlıqdakı Lvov şəhərinə gəldik. Namaz vaxtı çatdı, dedim ki, gedib kilsədə namaz qılacam. Uşaqların anası da qorxdu, hətta ağladı ki, bu qatı katolik benderlərin içində namaz qılmaq olar, səni öldürərlər. Dedim, yoxe, namazımı vaxtında qılmalıyam. Girdim kilsəyə, üsulluca dəstəmazımı alıb başladım namaza. İbadətə başlayanda fikir verdim ki, 3-4 nəfər gəlib arxada gözləyir. Namazı qurtarandan sonra yaxınlaşıb soruşdular ki, siz hansı dinin sahibisiz, dedim ki, İslam. Dedilər ki, baş keşişimiz sizi çağırır. Getdim keşişlə görüşdüm. Soruşdu ki, müsəlmansız. Dedim, bəli. Təəccübləndi ki, bəs siz kilsədə namaz qılırsız. Dedim, bəli, burada təəccüblü nə var ki, məscid də Allahın evidi, sinaqoq da, kilsə də. Soruşdu ki, bəs Quran buna icazə verir. Dedim, bəli. Keşiş söylədi ki, axı bunu bizə deyən olmayıb. Dedim, siz bunu eşitmək istəmirsiz sadəcə. Soruşdu ki, yaxşı, kilsə ilə məscidin fərqi nədir. Dedim, sadəcə zahiri quruluşda fərq var. Bir də, siz kilsədə şəkil asırsız, amma biz məsciddə şəkil asmırıq. Şəkil çəkmək bizdə günah olmasa da, məsləhət deyil. Dedim, istəyirsiz sizə elmi şəkildə izah edim. Razılaşdı. Dedim ki, XVII əsrdə İspaniyanın ən gözəl kişilərindən olan bir şahzadənin qardaşı gəlir məşhur rəssam Velaskesin yanına ki, kiçik qardaşım Fransaya müharibəyə gedir, onun portretini çək, bilirəm ki, qələbə ilə qayıdacaq. Velaskes müəyyən qiymətə razılaşır. Bir müddət sonra şahzadə portreti aparmağa gələndə baxır ki, rəssam qardaşını ağlı başından çıxmış bir adam kimi təsvir edib. Hirslənir ki, mənim qardaşım İspaniyanın ən gözəl kişisidir, sən onu niyə belə təsvir etmisən. Velaskes deyir ki, istəmirsənsə, qızıllarını götür get, portret qalsın. İki ildən sonra həmin kiçik qardaş Fransada müharibə zamanı dəli olur və eynən Velaskesin təsvir etdiyi görkəmi alır. Və bu dəfə şahzadənin böyük qardaşı gəlib 10 qat artıq qızıl verib həmin portreti Velaskesdən alır...
Danışıb qurtaranda keşiş soruşdu ki, bəs bunun dinə nə dəxli var?! Dedim, Quranın İsra surəsinin 85-ci ayəsində Yaradan buyurur ki, Ya Peyğəmbər, səndən ruh haqqında soruşsalar, de ki, o yalnız Allahın əmrindədir, sizə onun haqqında yalnız cüzi bilik verilər. Yəni insanları başa salır ki, siz təkcə zahiri bilə bilərsiz, batini, daxili isə yalnız Mən bilirəm. Rəssamlar isə insanın daxilini, ruhunu bilməyə çalışırlar. Bu zaman da dünyada fəlakətlər, müharibələr baş verir. Ona görə İslam rəssamlığı məsləhət görmür. Bu söhbət keşişi çox maraqlandırdı. Soruşdu ki, sabah bizim televiziyada bu barədə danışa bilərsizmi. Dedim, mən danışaram, ancaq sizin tabe olduğunuz dairə buna icazə verməz.
Durub çıxmaq istəyəndə bir şüşə çaxır çıxardı və yanına qızılı qədəhlər qoydu. Mən güldüm. Soruşdu ki, niyə gülürsən. Dedim ki, indi deyəcəksən ki, əstəğfürullah, bu, Allahın qanıdı, içək. İzah etdim ki, bax, siz bu cür günaha batırsız. Quran buyurur ki, Allah doğulmayıb, doğmayıb, cisim deyil, gözə görünmür. Belə bir varlığın qanı ola bilərmi? Yox, əgər çaxırı İsa əleyhissəlamın qanı hesab edirsinizsə, onun qanını tökənləri Quranda Allah lənətləyib, onu içmək olmaz... Xülasə, bir neçə Quran ayəsindən də misal çəkərək keşişə sübut etdim ki, müsəlmanların kitabı ən mükəmməl kitabdır. Və İslam Avropa və Amerikada təbliğ edildiyi kimi, müharibəyə, zorakılığa çağırmır, bu, sülh və elm dinidir...
Ayrılanda katolik keşişi bir daha xahiş etdi ki, sabah görüşək, Lvov televiziyasında İslamın sülh və barışıq dini olması barədə də danışarsan. Razılaşdım. Ertəsi gün vədələşdiyimiz vaxtda görüşdük. Dedi ki, bəs bağışla, sənin çıxışına icazə vermədilər. Dedim, bilirdim ki, sizinkilər belə çıxışa icazə verməz, onlara İslamı radikal din kimi təbliğ edənlərin, öldürməkdən, partlatmaqdan və s. danışanların çıxışı lazımdır...
Səbuhi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məsciddə namaz qılan 16 nəfər öldürüldü

    Məsciddə namaz qılan 16 nəfər öldürüldü ...

    18-09-2015, 21:52

  • 
  • Təcili tibbi yardım maşının sürücüsü yolun ortasında namaz qıldı

    Təcili tibbi yardım maşının sürücüsü yolun ...

    18-07-2014, 22:15

  • 
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • Namazı qadağan etdilər

    Namazı qadağan etdilər ...

    16-06-2016, 13:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu