GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mütəllibov, Türkmənbaşı və Ukrayna faciəsi...

Mütəllibov, Türkmənbaşı və Ukrayna faciəsi...

Tarix: 18-04-2014, 09:51 Bölmə :Ölkə Baxış: 693
Mütəllibov, Türkmənbaşı və Ukrayna faciəsi...
Postsovet məkanının qəribəlikləri, yaxud Yeltsin telefona cavab verməyəndə Mütəllibov niyə Bakıdan qaçdı... Kremlin imperiya ambisiyalarının yenidən aşıb-daşdığı, SSRİ-ni başqa ad altında da olsa bərpa etmək planlarının işə düşdüyü, Rusiyanın Krımın ardınca Ukraynanın cənub-şərq regionlarını qoparmaq üçün hərəkətə keçdiyi bir vaxtda postsovet respublikalarının hamısı 23 il əvvəl qazandıqları müstəqilliyi itirə biləcəklərindən qorxurlar.
Xəbərə görə, Rusiyanın “Svobodnaya pressa” nəşri Ukraynanın şərqində hökm sürən hakimiyyətsizlik və keçmiş sovet respublikalarının həmişə Moskva qorxusu altında yaşadığı barədə maraqlı qeydləri dərc edib. Həmin qeydləri təqdim edirik:
“Dostlar, dünən bizim Lenin prospekti ilə gəzintimiz o qədər də uğurlu alınmadı. Lakin heç kim bizə azad şəkildə toplaşmaq və mitinq keçirmək hüququnu qadağan edə bilməz. Bu gün gecə saat 00:00-da mən meydanda olacağam. Sizinlə görüşməkdən şad olardım” - bu sözlər facebookda yazılıb. Düz gecə yarısı həmin qeydi yazanın facebook səhifəsində boş meydanın şəkli yerləşdirilir. Yəni baxın, biz qorxmuruq, bura bizim şəhərdir, bizim ölkədir...
Jurnalist Oleq Kaşin yazır ki, Rusiyada bu cür statusları müxalifətçilər yazırdı. Hətta indi yazmırlar, əvvəllər yazırdılar. Ancaq sözügedən sitat hansısa müxalifətçinin deyil, Donetsk qubernatoru Tarutanın köməkçisinindir.
Mütəllibov, Türkmənbaşı və Ukrayna faciəsi...
Donetsk administrasiyasını Rusiyaya birləşmək tələbi qaldıran separatçılar tutduğu üçün Taruta oteldə oturur və pəncərədən qışqırıb “biz hakimiyyətik” deyir. Əslində isə, bu epizod Ukraynanın cənub-şərqində hökm sürən hakimiyyətsizliyi göstərir.
Oleq Kaşin yazır: “Mənin Saparmurad Niyazov haqdakı tarixi lətifə həmişə xoşuma gəlib. Niyazov məşhur adamdır, onun qızıl heykəllərlə bəzənmiş ekstravaqant diktaturasını, ayların, günlərin adını dəyişdirməsini, “Ruhnamə” kitabını hamı xatırlayır.
Türkmənbaşının epoxası 1992-ci ilin ikinci yarısından başlamışdı. Yəni Sovet İttifaqının dağılmasından təxminən bir il sonra. Lətifə bundan ibarətdir ki, SSRİ-nin dağılmasından sonrakı bir il ərzində Niyazov Türkmənistana SSRİ vaxtında necə rəhbərlik edirdisə, elə də rəhbərlik etməkdə davam edirdi. Türkmənlər ehtiyatlı adamlardır. Niyazov Moskvada baş verənləri izləyir və heç bir kəskin hərəkətlər eləmirdi. Aşqabadda oturub gözləyirdi ki, günü sabah Moskvadan zəng gələcək, deyəcəklər ki, zarafat edirdilər və sabah Sov.İKP MK-nın növbəti plenumuna gəlmək lazımdır.
Mütəllibov, Türkmənbaşı və Ukrayna faciəsi...
Yalnız bir il keçəndən sonra Niyazov başa düşdü ki, Moskvadan heç kim zəng etmir. Bax, yalnız bundan sonra özünü bütün türkmənlərin atası elan edərək özünə qızıl heykəllər qoydurmağa başladı”. Daha sonra jurnalist Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla bağlı epizodu xatırlayır. O.Kaşin yazır: “Beş il bundan qabaq mən müstəqil Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun yaşadığı Lyubertsada (indi o, Bakıya qayıdıb) onunla görüşürdüm. Və o, mənə istefaya necə getdiyini danışırdı.
Mütəllibovu 1992-ci ilin yazında Azərbaycan ordusunun Dağlıq Qarabağda növbəti uğursuzluğundan sonra devirmişdilər. Kütlə Prezident Aparatının qarşısına toplaşıb onun istefasını tələb edirdi. O vaxt Azərbaycan artıq il yarım idi ki, müstəqil respublika idi, bir çox ölkələrdə səfirliklər açmışdı, BMT-yə qəbul olunmuşdu. Mütəllibov isə deyirdi ki, həmin vəziyyətdə təcili Moskvaya zəng vurdu, ancaq Yeltsinin qəbul otağında heç kim telefona cavab vermədi və nəticədə o, Bakıdan qaçmalı oldu. Dayanın,- mən ondan soruşuram,-Yeltsinlə sizin istefanız arasında nə əlaqə var?
“Axı necə yəni hansı əlaqə var?” - o, hətta inciyərək cavab verdi. Bax belə.
Bu iki nöqtə arasında düz xətt çəkmək olar. Əgər Mütəllibovu Niyazovla düz xətlə birləşdirsək, bu xətt Ukraynadan keçəcək, belə görünəcək ki, keçmiş sovet məkanının bütün siyasi xəritəsi necə vardısa, eləcə də qalıb. Təkcə ona görə ki, Rusiya Federasiyasının xoş məramı belədir.
İndi Rusiyanı Qərbdə “regional nəhəng” adlandırırlar. Ancaq nə “regional nəhəng”? Regional nəhəng heç qonşu ölkənin ərazisini qoparıb özünə birləşdirə bilərdi?”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Putin Ukraynanın tam işğalı üçün düyməyə basdı

    Putin Ukraynanın tam işğalı üçün düyməyə basdı ...

    30-03-2014, 14:06

  • 
  • Ayaz Mütəllibov nəvəsinə toy edib

    Ayaz Mütəllibov nəvəsinə toy edib ...

    21-01-2014, 12:10

  • 
  • Qorbaçov SSRİ-nin bərpsından danışdı

    Qorbaçov SSRİ-nin bərpsından danışdı ...

    11-03-2013, 10:19

  • 
  • Rusiyanın şok Ayaz Mütəllibov planı

    Rusiyanın şok Ayaz Mütəllibov planı ...

    20-01-2013, 13:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu