SSRİ-nin sonuncu prezidenti Sovet İttifaqına yenidən rəhbərlik etmək istədiyini açıqlayıb
Martın 2-də SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun doğum günü idi. Həmin gün o, Rusiyanın "Komsomolskaya pravda" qəzetinə müsahibə verib. Həmin müsahibədən qısa hissəni sizə təqdim edirik: - Prezident Putin sizin silahdaşınız, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevlə Avrasiya İttifaqını dirçəltmək istəyir. Sizcə, bunun bir perspektivi varmı və ittifaqı hansı səhvlərdən çəkindirə bilərdiniz? - Perspektivlər təbii ki, var. Sovet İttifaqı dağılandan sonra, hələ ilk çağlarda Boris Yelsinin vaxtında Rusiya, Ukrayna, Qazaxıstan və Belarusun vahid iqtisadi məkan yaradılması ideyası vardı. Artıq 70-ə qədər sənəd işlənib hazırlanmışdı. Bu, mən hesab edirəm ki, çox doğru yol idi. Amma sonra keçmiş sovet respublikalarının siyasi elitasının münaqişələri başladı. Yeni prezidentlər müxtəlif istiqamətlərə yönəldilər... Rusiya nəzərlərini şərqə yönəltdi. Həyat guya bu istiqamətdə hərəkət edirmiş. Hərçənd, bunu son dərəcə uzağıgörməzlik hesab edərdim. Birindən o birinə keçmək, özü də 4 ölkəni birləşdirə biləcək layihələri atmaq... Bu dörd ölkə isə Sovet İttifaqının 80%-nı təşkil edir. - Yəgin eştimisiniz, Belovesjk (SSRİ-nin dağılmasını rəsmiləşdirən saziş) razılaşmasının əsli yoxa çıxıb? - Doğurdan? Maraqlıdır. Onda İttifaqı bərpa etmək lazımdır! (Hiyləgərcəsinə gülümsəyir) - Tapa bilmirlər. Surətləri var, amma o vaxt imzalanan əsli yoxdur! Həqiqətən, bu barədə eştiməmisiniz? - Xeyr. Lakin indi bilirəm. Məni ki, ümumiyyətlə, bu vəzifədən (SSRİ-nin prezidenti- red.) heç kim qovmayıb. Özüm getmişəm. - Doğurdan, qayıda bilərsiniz? - Əgər Belovejsk razılaşması yoxdursa, İttifaqı bərpa etmək lazımdırsa, mən qayıtmağa hazıram. - Yəni, siz Avrasiya İttifaqının yaradılmasına razısınız? - Yaxşı mənada mən onu əldən buraxmazdım. Hərçənd, vaxt ötüb və artıq geri qayıtmaq gecdir. - Niyə? - Onlar şıltaqdırlar. - Kim, ukraynalılar? - Hamısı. Bir-birilərinin qabağında elə bil… çox “Kəkələnirlər”. Heç bir şəkildə dost ölkələrin prezidentlərinə dəymək istəmirəm. Onlar hamısı ləyaqətli insanlardırlar. Ədalətli şəkildə öz vəziflərindədirlər.
Sorğu
Yeni dizaynımız necədir?