Xəstəlik aşkar edilən heyvanlar zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb
Tovuz Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, yayılmasının qarşısını almar məqsədilə mütəmadi olaraq müayinələr keçirilir. İdarədən verilən xəbərə görə, cari ilin yanvar-mart aylarında diaqnostik müayinələr zamanı 12 min 608 baş iribuynuzlu mal-qaradan qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb. Yoxlamalar nəticəsində 5 baş malda brusellyoz xəstəliyi aşkar olunub. Xəstə heyvanlar baytar həkimin nəzarəti altında təsərrüfatlardan çıxarılmışdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?