Rayonda insanlar daha çox səhiyyədən ciddi narazıdır
İmişlidə son zamanlar baş verən intriqalar artıq barıd çəlləyinin partlaması səviyyəsindədir. Pullu kəslər şəhər mərkəzindəki torpaqları, tikililəri dədə malı kimi özününkü ediblər. Əlbəyaxa döyüşlərini, gizli söz-söhbətlərini, itriqa planlarını izləyən sadə sakinlər barıt çəlləyini partlayacağı andan vahimələniblər. Qazan qazanla toqquşar, arada güvənc çatlar. Atalar misalı kimi arada itirən ələbaxan, çörək pulunu güclə çıxaran yetim-yesir olur. Pulluların firovunluğu onları da çətin duruma salıb. İmişli pulluları elə nökər axtarır ki, yeməylərini də özləri ilə gətirsinlər. İmişlidə artıq 4 uşaq bağçası üçün yer ayrılıb. 3-ü şəhərin mərkəzindədir. 1-i isə Məzrəli kəndində rusdilli bağça müdirəsi Sveta xanımın tələblərindən sonra tikilir. Allah imişlilərə xeyir versin. İkisinin şəhər ərazisində fundament yeri qazılıb, betonlar tökülüb. Mənim atam Əvəz Zülfüqarov Otuz iki kəndində kolxoz sədri ikən bir məktəb və məscid tikdirib. On bacı qardaşımın hansı kəndə səfər edərsə, kənd camaatı deyirlər ki: “Allah atanıza rəhmət eləsin, bu məktəbi atanız tikdirib”. İmişlidə tikilən məktəb və bağçaları H.Əliyev fondunun prezidenti 1-ci xanım M.Əliyevanın təşəbbüsü ilə inşa olunur. Ona görə də İngiltərə mətbuatı 1-ci xanımı “Dünyanı dəyişə bilən qadın” kimi xarakterzə edir. Şəhər ərazsindəki bağçaları inşa edən deputat Ə.Qasımov, ikincisini isə Standartlaşma və Patent İdarəsinin rəisi və “Kral” şadlıq sarayının sahibi Saleh Səmədov tikdirir. Keçmiş başçının sürücüsü və bacısı oğlu hazırda onu ifşa edən Natiq Muradov deyir ki: “Daim sizi döydürmüşdü. Həbs etdirmək istəyirdi. Saleh Səmədov isə təzə müavin təyin edilmişdi. Dayıma dedi ki, Məhbubu müəllimlər orta məktəbdə bizə nümunə kimi göstərirdi. Bu fikrinizdən daşının, bəy çox yüksək təhsilli və bu elə lazımlı şəxsdir”. Bacı oğlu deyri ki: “Dayım sizi zəhərlətmişdi”. O vaxt mən 8 ay xəstə yatdım, hər günü ölüb dirilirdim. Mənə düzgün diaqnoz qoyub müalicə edən həkimlər, Hafiz Borçalı və Asif Məmmədov xahiş edirlər ki, Saleh Səmədovdan istər yaxşılığına, istər pisinə yazma a bəy. Həkim abilər mən ki, pis iş görmədim ya, vallah. Amma digər həkimlər sabiq batalyon komandiri R.Aslanovu, eləcədə dostum Şirvan Ağanın gənc qardaşını Mirişi xilas edə bilmədilər. Hər ikisi zəhərləndirilmişdi. Sabiq batalyon komandirini qəbir üstünüdə S.Səmədov götüzdürüb. Rəhmətlik Mirişin isə üç azyaşlı övladı atasız böyüyəcək. 15 gündür dünyasını dəyişib. Liderlərdən ölkəni sayılıb seçilən şəxslərindən özlərini zəhərlənmələrdən qorumalarını xatırladıram. Bu il “Göy At” ilidir. Zəhərləndirilmələr çox ola bilər. O, ki, qaldı Saleh abiyə keçmiş başçı onun özünü də göstərdiyi xidmətə görə mükafatlandırmaq əvəzinə pis vəziyyətə saldı. Saleh abi də borclu qalmadı. Bağça tikintilərinə gəlincə, bəzi ağzı göyçəklər deyir ki, Ə Qasımov, S.Səmədov özlərinə tikinti tikir. Bu iki şəxs niyə tikilən bağçaların sənədlərini öz adlarına sənədləşdiriblər? Hər iki tərəfin torpaq təyinatını dəyişdirib hərraca çıxaranlar düşünməyiblər ki, dövlət nə vaxtsa bu hərracları onlardan soruşacaq. Prezidentin 13 aprel 2014-cü il tarixli müşavirədəki çıxışından 3 gün əvvəl adı çəkilən torpaq sahələrində 35 ədəd “şeytan ağacı” kəsilibmiş. Ekologiya idarəsinin yerli şöbəsi ağac kəsilməsinə icazə verməyibmiş. Deyirlər ki, H.Əliyev adına parkda, H.Əliyev adına mərkəz və özünə “Gənclər Mərkəzi” adına şadlıq sarayı tikdirən Tofq İsayev də tikililəri öz adına sənədləşdirirmiş, hər iki tikili ona görə də balansda yoxdur, - deyir sakinlər: Bağça, məktəb tikdirənlər tarixdə qalası iş görüblər. İmişli-Bakı magistral yolun üstündə Qaralar kənd ərazisində Ə.Qasımovun 3 mərtəbəli Avropa stilli tikdirdiyi məktəb adamı utandırır, abi. 5 saylı şəhər məktəbini 3 mərtbəli orta məktəbin yaxınlığından keçən: Bərəkallah, deyir. Amma bəndəmizin Əsabil abi ilə davam hələ bitməyib. Un mütəxəssisi, məktəb və bağçalar üzrə memar cibimdən qəzetimi çıxardıb maşının altına tolazlamışdı. Abi Çörçili tanımırmış. Həm də onu İmişlidə qəzet butkası da yoxdur. 2006-cı il eks-başçı Ə.Ağayev Əmlak Komitə sədri Kərəm Həsənov, eks təhsil naziri M.Mərdanov İmişlinin ən yaraşıqlı uşaq bağçasını, 1980-cı il H.Əliyevin rayonlara göndərdiyi unikal layihə əsasında tikilən uşaq bağçasını və altı hektar ərazisini dələduzluq maddəsi ilə həbsxanadan çıxan birinə satmışdılar. Adam da bağça ərazisindəki 60-dan artıq xan çinar, qovaq, şam, küknar ağaclarını gecə ilə kötüyündən çıxartdırıb məhv etdirmişdi. Bağçanın 31 nəfər işçisi və bəndəniz kiloqramlarla məktub və şikayətləri dövlət rəsmilərinə göndərmiş, KİV-lərdə dərc etdirsək də Kərəm Həsənov şikayətləri daşa vurmuş başçıya göndərmişdi. Keçmiş başçı da sözsüz ki, ayaq yoluna atırmış. Buraxırıq bağçanı alanların da, satanların da öz vicdanına. Dələduzluq maddəsi ilə həbsdən çıxan məhkumlar ya “supər” cinayətkara çevrilir Kərəm Həsənov kimi arxa tapır, ya da imama çevrilir. Heyif ki, İmişliyə qismət deyil. Bağçanı alanlardan biri də T.İsayevin qaynı Vüqar Qəhrəmanovdur. 28 mağaza, market tikilib, 300 manatdan arendaya verilib, bir bank binası isə Respublika bankına 2000 manatdan icarəyə verilib. Çəkdikləri xərci artıq çıxarıblar, amma, xalq və dövlətin qorxusundan bağça binasını hələ də sökməyiblər. KİV-lərdən oxuyuruq ki, Misir Mərdanov Mikayıl abini qorxusundan qobulayıb, qorxu duası yazdırıbdır. Mikayıl Cabbarov məktəb və bağçaların ərazilərini satdıran şəxsləri çarmıxa çəkdirmək fikri ilə M.Mərdanovu vahiməyə salıb. “Elçin” şadlıq sarayı sahibləri də artıq pullaşıblar. T.İsayevi, Ə.Quliyevi, Ə.Qasımovu geridə qoyublar. MRX qarşısındakı parkın 1 hektarını alıblar. Orada uşaq bağçası tikiblər, ayı 200 manatdır. 150 manat məvacib alan müəllimə belə bağça lazım deyil. Onlar Araz boyu sahələri də özəlləşdiriblər. Çayxana, restoran, “moyka” tikdiriblər. Ə.Qasımovun təmir etdirdiyi 5 saylı şəhər orta məktəbinin digər tərəfində fundamenti tökülmüş uşaq bağçasının ərazisini Allahverdi adlı keçmiş bank müdiri və hamisi T.İsayev qanuniləşdirib özəlləşdirib, şadlıq sarayı tikəcəklərmiş. Oradakı sakinlərin isə üsyanından qorxub tikintini dayandırıblar. Başçı V.Hacıyev isə gözlənilmədən həmin ərazini uşaq bağçasına verib. Müharibə artıq başlayıb. Sakinlər də qorxur ki, bu müharibədə uduzan onlar olacaq. Keçmiş başçı sərəncamlarla pulluları əcəb oyuna salıbmış. Elə bir labirintə giriblər ki, intriqası uzun müddət sürə bilər. Belə ki, Mədəniyyət Nazirliyinin balansında olan yay kinoteatr binasını A.Manafov alıbmış. Keçmiş başçı həmin yeri heyvan həbsxanasına çevirmişdi. Qış kinoteatrını isə bizə məlum olmayan şəxs özəlləşdiribmiş. Hər ikisinin torpaq sahəsi bir balansda olduğundan torpağın koordinatlarını müəyyən edə bilmirlər. Aslan abi MRX qarşısındakı məşhur parkı da özəlləşdirib. 3 metr hündürlükdə hasarlatdırıb. 14 ha olan parkın ərazisindəki 611 ədəd çox illik şam, küknar meşəliyini bir günün içərisində gecə ilə məhv etdirib. Bu o Aslan Manafovdur ki, 2005-ci ilin Parlament Seçkiləri vaxtı bir nəfəri güllə boran etdirmiş, dişlərini qarnına tökdürmüşdü. Onun H.Əliyev adına parkda olan dəyəri 100 min manatlarla olan “Azərbaycan xörəkləri” restoranını və ərazisini T.İsayev ondan “xoşluqla” alıb, yerlə-yeksan etdirmişdi. Yerində isə otel tikintisi başlamışdı. Halallığı olmadığına görə otelin tikintisi 6 aydır ki, dayanıb. Aslan abinin arxalarından biri Sumqayıtın icra başçısı E.Əzizov imiş. Orada 3 ədəd çoxmərtəbəli bina tikdirir, inomarka maşın bazarı da var. İndi imişlilər bildimi ki, MRX qarşısındakı parka niyə gücləri çatmır? İndi gəl bunlarla bacar, bunların intriqasına əstəğfurullah lap Məhəmməd (s.ə.s) peyğəmbərin bacısı oğlu ol, baş çıxarsan sonda yerin ya qəbir yada Sibir olar, abim. Biz riyakar burjuaziyanı deyil, əsl kapitalizmin tərəfdarıyıq. Kapitalizmi bilmək üçün Karl Marksı, onun siyasi-iqtisadi elmini öyrənmək, tanımaq lazımdır. Bizim pulluların isə Karl Marks haqqında isə təsəvvürləri bəsitdir. Bu son 20 ildə varlanmışları görməmişlikdən çəkindirməyə, sadə vətəndaşların haqlarını pozmamağa dəvət edirik. Pislikdən çəkindirmə, yaxşılığa dəvət isə İmam Hüseyn (ə) yoludur. Həmin yolda şəhid oldusa da, Yəzid kimi zülümkarı dünya durduqca, əyyaş, pozğun, qatil kimi yad edirlər, hər kəsəni öz əməli ilə yad edəcəklər. Bəndəniz L.Vəliyev küçəsində yaşayır, amma, kimdən soruşsan deyir ki: Xanhüseyn Bəylərov küçəsi? Xanhüseyn abi İmişlinin başçısı olub, oliqarx deyil. Ağayana hərəkətlərinə, insaflı və ədalətli xarakterinə görə İmişlilər qeyri rəsmi olaraq bizim küçəni X.Bəylərovun küçəsi kimi qəbul edir, tanıyırlar. Bu da sənə yaxşı əməl. Məhbub ZÜLFÜQARLI
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?