İmişli rayonunda qəribə hadisə baş verib. İmişli şəhər sakini olan Akşin adlı şəxs dünən keçrilən toy məclisindən sonra bu dəqiqələrdə həbs olunub. Belə ki, şəhərin "Elçin" şadlıq sarayında keçrilən toy mərasimindən sonra gecə saatlarında İmişlinin polis şöbəsinin yaxınlığında yerləşən çayxanalardan birinə təşrif buyuran bəy və onun iki dostu tort kəsərək bu günü qeyd etmək istəyiblər. Lakin sonradan bəyin dostlar olan İslam və İsa adlı şəxslər mübahisə edərək dalaşıblar. Təzə bəy dostları sakitləşdirmək istəsə də onun bu cəhdləri heç bir fayda verməyib. Nəticədə hadisə yerinə gələn polis əməkdaşları hər 3 şəxsi polis şöbəsinə aparıblar. Hazırda bəy və onun dostlarının İmişli polisində saxlanıldığı bildirilir. İmişli polisi isə bu hadisəni nə təkzib,nə də təsdiq edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?