GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əbülfəz Qarayevin Bərdədəki adamından ŞİKAYƏT

Əbülfəz Qarayevin Bərdədəki adamından ŞİKAYƏT

Tarix: 25-04-2014, 11:21 Bölmə :Ölkə Baxış: 1 241
Əbülfəz Qarayevin Bərdədəki adamından ŞİKAYƏT
Əbülfəz Qarayevin rayonlarda Mədəniyyət və Turizm şöbələrindəki korrupsiyadan xəbəri varmı?

Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri son bir ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib; Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən klubların böyük əksəriyyəti ancaq sənədlərdə mövcuddur; adı olub özü olmayan klubların “fəaliyyətindən” mənimsənilən dövlət vəsaitləri yüz min manatlarladır… Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələri, xüsusilə kəndlərdə fəaliyyət göstərən, adı olub özü olmayan mədəniyyət evləri və klublar dövlət vəsaitinin silinməsi üçün əsas vasitəyə çevriliblər. Belə ki, kağız üzərində fəaliyyət göstərən bu “mədəniyyət ocaqları” hər il dövlətin külli miqdarda vəsaitini sömürür. Ayrılan vəsaitlərin hara sərf olunduğunu isə icra başçıları və və turizm şöbələrinin müavinləri bilir. Və təbii ki, Mədəniyyət və Turizm Nazirliyində çalışan bir neçə məmur.
Biz oxucularmıza bu gün bir rayonda Mədəniyyət və Turizm şöbəsinin hər il nə qədər dövlət vəsaitinin mənimsədiyini göstərəcəyik. Təbii ki, qarşı tərəf bizim yazdıqlarımızı şər və böhtan olaraq dəyərləndirəcək. Amma biz onu da əvvəlcədən qeyd edirik ki, Bərdə Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev bu yazıdakı faktları danmaq üçün Bərdəni yenidən söküb qurmalıdır.
Bərdədən qəzetimizə daxil olan məlumata görə, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev rəhbərlik etdiyi qurumun nəzdindəki klubların və mədəniyyət evlərinin əli ilə son 1 il ərzində külli miqdarda dövlət vəsaiti mənimsəyib. Bu vəsaitin hamısının İlyas Hacıyev tərəfindən mənimsənildiyi iddia olunmasa da, bu bir faktdır ki, dövlət vəsaitləri məhz Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdirinin əli ilə silinib.
Qeyd edək ki, Bərdə Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 35 mədəniyyət evi, 3 mədəniyyət mərkəzi, 75 klub, 56 kitabxana və 7 musiqi məktəbi var. İnformasiyalı şəxs qeyd edir ki, rayondakı kənd klubları və mədəniyyət evləri hazırda İlyas Hacıyevin vəsait silmə işindən başqa heç nəyə yaramır. Çünki, kəndlərdəki çoxlu sayda klublar, mədəniyyət evləri formal olaraq fəaliyyət göstərirlər. Daha doğrusu, bu klublar sənədlərdə mövcuddur və bu klublarda çalışanlar da İlyas Hacıyevin “ölü canlarıdır”.
Məlumatda göstərilir ki, Bərdə rayonunun Qarayusifli, Tumaslı, Əmirli, Bala Ərəblər, Gülgəzli, Qaradəmirçi, Cicimli, Tağılar, Xanxanımlı, Dəymədağıldı, Şorəli, Cəyirli, Mirasəfli, Qaradırnaq, Mollaəhmədli, Xanağalı, Qayalı, Türkmən, Qullar, Xanərəb, Yeni Əyricə, Bala Qacar, Qazaxlar, Qaratəpə, Cumalar, Qurdlar və digər kəndlərdə yerləşən klublar çayxana kimi fəaliyyət göstərir. Yəni bu “mədəniyyət ocaqları”, həmçinin İlyas Hacıyevin biznes obyektləridir. Həmçinin, İlyas Hacıyev son 1 ildə rayon büdcəsindən ayrılmış 100 min manatdan çox vəsaiti məhz bu “çayxana-mədəniyyət evlərinin” cari təmirinə “sərf” edib. Əslində isə ayrılan vəsaitin 20-yə yaxın klubun, mədəniyyət evinin cari təmiri adı altında sənədləşdirərək mənimsədiyi bildirilir.
Daxil olan məlumatda göstərilir ki, İlyas Hacıyevin əsas qazanc yerlərindən biri də kənd mədəniyyət evlərində kağız üzərində fəaliyyət göstərən olmayan dərnəklər və olmayan klubda çalışan mədəniyyət işçilərdir. Belə ki, Yeni Daşkəsən, Xəsli, Zümürxan, Samux, Mustafağalı, Qaraqoyunlu, Şirvanlı, Şatırlı, Soğanverdilər, Vəliuşağı, Mirzəxan, Çələbilər, Mollagüllər, Mirzəcəfərli, Kolayır, Saatlı və Həsənqaya kəndlərindəki mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklər, həmçinin bəzi işçilər formal olaraq kağız üzrəndə fəaliyyət gösətirir. Yəni bu kənd klubları heç çayxana olaraq da fəaliyyət göstərmir. Məhz bu klublardan və formal olaraq fəaliyyət göstərən dərnəklərin vasitəsi ilə İlyas Hacıyevin hər ay büdcədən 4 min manata yaxın vəsait mənimsədiyi iddia olunur.
Bundan başqa məlumatda göstərilir ki, İlyas Hacıyev olmayan klubları isindirmək üçün soba odunu, inventarlar “alır”. Həmçinin, idarə müdiri “və sair xərclər” adı altında bilinməyən mallar alaraq idarəyə ayrılan vəsaitləri xərcləyir.
Daxil olan məlumatda o da qeyd olunur ki, İlyas Hacıyevin qaranlıq işlərindən biri isə dəftərxana ləvazimatlarının alınması üçün xərclənən 110 min manat vəsaitdir. Belə ki, 110 min manat vəsaitlə Bərdə rayon Mədəniyyət və Turizm idarəsini ən azı 10 il müddətində dəftərxana ləvazimatı ilə təmin etmək olar. Amma İlyas Hacıyevin Mədəniyyət və Turizm İdarəsi bir ildə 110 min manatlıq dəftərxana ləvazimatı işlədib. Təbii ki, İlyas Hacıyevin olmayan “çayxana-klubları” və “dərnəkləri” bu dəftərxana ləvazimatlarını “xırd” edib.
Qarşı tərəfin də möqeyini dərc etməyə hazırıq...
Eldar Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəz Qarayevin Bərdədəki talanı

    Əbülfəz Qarayevin Bərdədəki talanı ...

    13-05-2014, 10:28

  • 
  • Əbülfəz Qarayevin adamının işğal mədəniyyəti talanı

    Əbülfəz Qarayevin adamının işğal mədəniyyəti ...

    19-05-2014, 10:50

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Əbülfəz Qarayevin daha bir adamının inanılmaz maxinasiyaları

    Əbülfəz Qarayevin daha bir adamının inanılmaz ...

    7-05-2014, 09:52

  • 
  • Mədəniyyət və Turizm İdarəsində yeni təyinat

    Mədəniyyət və Turizm İdarəsində yeni təyinat ...

    27-01-2016, 13:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu