Ermənistanla əlaqələri olan daha hansı QHT təmsilçisi həbsə atılacaq?
“Ayna-Zerkalo” qəzetinin şərhçisi, məşhur jurnalist Rauf Mirqədirovun Ermənistanın xeyrinə casusluq etməsi ittihamı ilə həbs edilməsi Azərbaycan hakimiyyətinin bu addımının səbəbləri barədə çoxlu sual yaratdı, nəinki cavab. İndiyədək jurnalistlər və analitiklər arasında jurnalistin həbsi ilə bağlı yekdil rəy formalaşmayıb, çox az adam onun satqınlığına inanır. Məlumdur ki, region ölkələrinin daxili siyasi proseslərinin və regional münasibətlərin işıqlandırılması və analizlərində tənqidi yanaşmaları olan regional siyasətin bu parlaq şərhçisinin çıxardığı nəticələr müxtəlif paytaxtlarda qıcıq oyatmaya bilməzdi. Bunların hamısı barədə ardıcıllıqla: Türkiyə. Mirqədirov bu ölkədə üç ildir yaşayırdı və “Ayna-Zerkalo” qəzetinin müxbiri kimi akkreditə olunmuşdu. O, mütəmadi olaraq Türkiyə mövzusunda məqalələr yazır, Türkiyə, Azərbaycan və başqa ölkələrin nəşrləri üçün ekspert kimi çıxış edirdi. Həmkarları qeyd edir ki, Rauf baş nazir Ərdoğan haqqında tənqidi qeydlər də edirdi. Ermənistan. Mirqədirov Qarabağ münaqişəsi, Ermənistan-Türkiyə münasibətləri, regional təhlükəsizlik və Rusiya təsiri barədə çoxdan və müntəzəm olaraq tənqidi yazılar yazırdı. Ardıcıl və peşəkar şəkildə ermənilərlə polemikaya girir, onlara başağrısı yaradırdı. İran. İran mövzusu müxtəlif planlı idi, burda ölkədəki daxili proseslər, o cümlədən azərbaycanlıların hüquqlarının pozulması, Azərbaycan-İran, Ermənistan-İran münasibətləri, regional təhlükəsizlik, o cümlədən Qafqaz və Xəzər mövzusu əhatə edilirdi. Rusiya. Rusdilli Mirqədirovun rus xalqına heç bir iradı yox idi, amma onun Yeltsin və Putinin siyasətinə, xüsusən Rusiyanın Cənubi Qafqazda və Xəzər regionundakı roluna münasibəti açıq şəkildə tənqidi idi. Azərbaycan. Azərbaycan hakimiyyətinə münasibəti, xüsusən daxili siyasətlə bağlı, əsasən insan haqları və azadlıqları ilə bağlı idi və tənqidi xarakterli idi. Belə prinsipial mövqe onun ölkədən getməsinə səbəb oldu, onu ölkədən getməyə məcbur etdilər. Onun xaricə ezamiyyəti, bir növ sürgün idi, amma o, tənqidini davam etdirirdi, əmin idi ki, Türkiyənin dünyəvi hakimiyyəti ona qarşı heç bir məəhdudlaşdırıcı tədbir görməyəcək. Amma Mirqədirov Türkiyədən qovuldu və Azərbaycana təhvil verildi. Onu Ermənistanın xeyrinə casusluq etməkdə təqsirləndirdilər və Cinayət məcəlləsinin 274 maddəsi ilə Vətənə xəyanətdə ittiham etdilər. Beləliklə, şərhçinin həbsi vətəndaş cəmiyyətinə ardıcıl hücuma keçib, son vaxtlar internet, qeyri-hökumət təşkilatları və partiyalar üzərində nəzarəti gücləndirən rəsmi Bakı başda olmaqla adı sadalanan ölkələrin maraqlarının üst-üstə düşməsi nəticəsində mümkün oldu. Rejimi tənqid edənlərin aid edildiyi “beşinci kolon”, xarici agentlər, satqınlar mövzusu son vaxtlar geniş vüsət alıb və sistemli şəkildə həyata keçirilir. Mirqədirovun etibarsız adamlar siyahısına daxil edilməsi yeni həbslər və rejimə sərf etməyən opponetlərin başqa formada cəzalandırılması üçün əsas ola bilər. Ermənistanla nə sülh, nə müharibə şəraitində erməni tematikası rejimin ən zəif opponentlərinə - konfrans və seminarlar kimi müxtəlif beynəlxalq layihələr çərçivəsində Ermənistana gedən şəxslərə qarşı cəza tədbirləri üçün kart-blanş verir. Məşhur konfliktoloq Arif Yunusovun prokurorluğa çağırılması da bunu göstərir. O da Mirqədirov kimi çox yüksək səviyyədə erməni tərəfi ilə polemikaya girir və layiqli opponent kimi hörmət qazanırdı. Siyahıda növbəti şəxs hakimiyyətin nifrət etdiyi Leyla Yunus ola bilər. O, Sülh və Demokratiya İnstitutunun direktoru kimi uzun müddətdir “xalq diplomatiyası” çərçivəsində erməni tərəfdaşlarla birgə sülhyaratma təşəbbüsləri həyata keçirir. Bu siyahını uzadıb erməni agentləri şəbəkəsi formalaşdırmaq, sonra onu agentlərin havadarları və ardınca canıyananlar dairəsinə kimi genişləndirmək olar. Bu kombinasiyanın son nəticəsi demokratik ovqatlı siyasətçilərin, ictimai xadimlərin və jurnalistlərin şəxsində “beşinci kolon”un dağıdılması ola bilər. Əməliyyatın təşkilatçıları onu ildırım sürəti ilə keçirmək və casusların ifşası üzrə təbliğat kampaniyası pərdəsi altında şəbəkəyə daha çox adam salmaq istəyir. İkincisi, ötən il fəal mərhələyə daxil olan və vətəndaş cəmiyyətini rejim üçün Avropa Şurası Nazirlər Kabinetinə sədrlik, bələdiyyə seçkiləri, Avropa olimpiya oyunları və parlament seçkiləri də daxil əlverişsiz siyasi zolağa qədər lokallaşdırılmasına yönələn “vintlərin bərkidilməsi” siyasəti mayın sonuna zəiflədilməlidir. Bu dövrdə Nazirlər Şurasında sədrlik başlayır. Ona görə yaranmış şəraitlə bağlı yaxın vaxtlarda vətəndaş cəmiyyətinə və beynəlxalq təşkilatlara açıq təzyiqlərin şahidi olacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?