u gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə prosesdə dövlət ittihamçısının yekun çıxışı olub.
Qapalı proses zamanı prokuror R.Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Turan-a vəkil Fuad Ağayev bildirib. Onun sözlərinə görə, prokuror öz çıxışında məhkəməni daha yumşaq cəzanı nəzərdə tutan 62-ci maddəni tətbiq etməyə çağırıb, nəinki R.Mirqədirovun təqsirli bilindiyi 274-cü maddəni (dövlətə xəyanət). Bu maddə 10 ildən 15 ilədən azadlıqdan məhrumetmə cəzasını və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
Vəkil şərh verməyərək qeyd edib ki, müdafiə tərəfi öz mövqeyini rəydə bildirəcək.
Növbəti iclas dekabrın 23-nə təyin edilib.
* Jurnalist ittihamı rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?