"Qardaş ölkə Azərbaycanla hər seçkidən sonra qarşılıqlı olaraq ilk xarici səfərlərimizi həyata keçirmək artıq bir ənənə olub"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprel ayının hesabatını təqdim etdiyi “Millətə xidmət yolunda” proqramındakı çıxışında Azərbaycandan danışıb. Ərdoğan iki qardaş ölkə arasında seçkidən sonra qarşılıqlı olaraq ilk xarici səfərlərin həyata keçirilməsinin artıq bir ənənə olduğunu deyib. “Hörmətli qardaşlarım bu qədər çox işimizin arasında, aprel ayında xarici əlaqələrimiz də davam edib. Qardaş ölkə Azərbaycanla hər seçkidən sonra qarşılıqlı olaraq ilk xarici səfərlərimizi həyata keçirmək artıq bir ənənə olub. 30 mart bələdiyyə seçkisindən sonra Azərbaycana səfərə getdik. Orada ölkələrimizin gələcəyi adına əhəmiyyətli görüşlər keçirdik. Buna əlavə olaraq başqa xarici görüşlər də keçirdik...”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?