Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfərə gəlib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata əsasən, Prezident Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səud trəfindən təntənə ilə qarşılanıb.
Qeyd olunur ki, Prezidentlə birlikdə Səudiyyə Ərəbistanına Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş, energetika və təbii sərvətlər naziri Berat Albayrak və xarici işlər naziri Mövlud Çavuşoğlu da gəlib.
Keçiriləcək görüşdə ölkələr arasında münasibətlər, həmçinin aktual regional mövzular ətrafında müzakirələr aparılacaq.
Sorğu
Yeni dizaynımız necədir?